...

Uğurlu karyera başlanğıcı (FOTO)

Cəmiyyət Materials 6 Oktyabr 2016 14:44 (UTC +04:00)
“BSC Consulting & Outsourcing Təcrübə Proqramı”nın başa çatması ilə bağlı sertifikatların təqdim olunma mərasimi keçirilib.
Uğurlu karyera başlanğıcı (FOTO)

Bakı. Trend:

Business Servise Center (BSC) Consulting & Outsourcing şirkətinin ofisində şirkət nümayəndələrinin və ölkənin ali təhsil müəssisələrinin savadlı, bacarıqlı və hazırlıqlı tələbələrinin iştirakı ilə “Təlim və təcrübəyə dair inkişaf proqramı”nın başa çatması ilə bağlı sertifikatların təqdim olunma mərasimi keçirilib.

Tədbirdə çıxış edən şirkətin Marketinq Departamentinin rəhbəri Tural Abbaslı tələbələrin bilik və bacarıqlarıyla bağlı fikirlərini bölüşərək bu il Azərbaycanın dövlət və eləcə da özəl ali təhsil ocaqlarından bir çox tələbənin tədris ili ərzində əldə etdikləri nəzəri biliklərinin zənginləşdirilməsi məqsədilə BSC Consulting & Outsourcing şirkətinin təcrübə proqramında iştirak etmək imkanı qazandığını və bu tələbələrin əsasən Azərbaycan Dövlət İqtisad Univeristeti, Qafqaz Universiteti, Azərbaycan Texnologiya Universiteti və Ukraynanın Yaroslav Mudryi adına Milli Hüquq Universiteti olduqlarını qeyd edib.

Tural Abbaslı şirkətdə tələbələr üçün yaradılan imkanların və verilən praktiki biliklərin onların gələcək karyeralarında olan əhəmiyyətindən bəhs edərək bildirib ki, şirkət bu proqram sayəsində tələbələrə həmçinin universitetlərdə öyrəndikləri nəzəri bilikləri real iş şəraitində tətbiq etmək şansı yaradıb. Proqram çərçivəsində tələbələr Marketinq, Hüquqi işlər, Maliyyə, HR fəaliyyətlərinin təməl prinsipləri haqqında baza bilikləri əldə ediblər. Tədbirdə gənclər təcrübə proqramı sayəsində əldə etdikləri bilik və təcrübələr haqda çıxış edərək şirkət rəhbərliyinə onlara yaradılan şəraitə görə minnətdarlıqlarını bildirdilər. Tədbirin sonunda tələbə təcrübə proqramını başa vuran tələbələr BSC Consulting & Outsourcing şirkəti sertifikatları təqdim olunub.

Beləliklə, BSC Consulting & Outsourcing şirkəti daim istedadlı gənclərlə karyera quraraq onlar üçün yaratdığı təcrübə imkanları sayəsində tələbələrin nəzəri biliklərinin möhkəmləndirilməsinə dəstək olur və gələcəyin yüksək ixtisaslı, təcrübəli və dünya əmək bazarında rəqabət qabiliyyətli mütəxəssis kimi yetişmələrinə şərait yaradır. Bir çox iri korporasiyaların seçimi olmuş BSC Consulting & Outsourcing Company bu xidmətləri göstərən qabaqcıl və ilk şirkətlərdəndir. Artq 20 ildir öz sektorunda uğurla fəaliyyət göstərən BSC Consulting & Outsourcing Company öz xidmətləri ilə böyük müştəri məmnuniyyəti qazanmışdır. Maliyyə, mühasibatlıq, insan resursları, hüquq və marketinq sahəsində xüsusi ixtisaslaşmış komanda ilə fəaliyyət göstərən Business Service Center autsoursinq ənənsinin formalaşmasında xüsusi rol oynayır. Bu gün 40 –dan çox daimi müştəriyə öz xidmətlərini təqdim edən şirkət, 20 il ərzində fəaliyyət göstərdiyi təcrübəli və peşəkar komandası ilə yüzlərlə müxtəlif tipli şirkətlərə də öz dəstəyini göstərmişdir. Satışın hüquqi tənzimlənməsi, debutor-kreditor borclar üzrə fəaliyyətin qurulması və izlənilməsi, iş yükünün dəyərləndirilməsi, müasir maliyyə-mühasibatlıq sisteminin qurulması və icrası kimi bir çox xidmətləri ilə bütün biznes sferasına xidmət göstərən BSC Consulting & Outsourcing Company öz xidmətlərini Sizə təqdim etməkdən böyük məmnunluq duyur.

Şirkətin fəaliyyəti, müştəri portfeli haqqında ətraflı məlumatı http://www.bsc.az/ əldə edə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti