...

Azərbaycanda 51 üçəm doğulub

Cəmiyyət Materials 17 Oktyabr 2016 17:46 (UTC +04:00)
Bu il Azərbaycanda 51 üçəm doğulub.
Azərbaycanda 51 üçəm doğulub

Bakı. Trend:

Bu il Azərbaycanda 51 üçəm doğulub.

Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən məlumat verir.

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-avqust ayları ərzində ölkədə 106,5 min, yaxud hər gün orta hesabla 436 doğulan körpə qeydə alınıb və bu göstərici əhalinin hər 1000 nəfərinə 16,5 təşkil edib.

Doğulan körpələrin 53,4 faizi oğlan, 46,6 faizi isə qız uşaqlardan ibarət olub. Körpələrin 1872-sı əkiz, 51-i isə üçəm doğulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti