...

"Nar bayramı"nı ikiqat bayram edən şirkət - Gazelli Group (FOTO/VİDEO)

Cəmiyyət Materials 8 Noyabr 2016 13:17 (UTC +04:00)
Şirkətin stendi tədbirin ən populyar stendlərindən idi.
"Nar bayramı"nı ikiqat bayram edən şirkət - Gazelli Group (FOTO/VİDEO)

Bakı. Trend:

Noyabrın 5-də Göyçayda baş tutmuş ənənəvi “Nar bayramı”nın qonaqları xoş təsadüflə qarşılaşıblar: yüzlərlə kiloqram nar, hər tərəfdə nar şirələri, mahnılar, əyləncələr və birdən, AzərbaycanIn ilk və yeganə təbii kosmetika istehsalçısı olan Gazelli Group-un stendi, üzərində isə şampun, saç balzamı, duş geli və maye sabun...

Məlum məsələdir ki, hamını bir sual maraqlandırıb: bu məhsullar “Nar bayramı”na səhvən düşməyibmi? Xeyr. Bu səhv deyil, çünki bu bayramda şirkətin təmsil olunduğu Buta brendinin məhsullarının hazırlanmasında məhz nar ekstraktından istifadə edilir.

Gazelli Group-un İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Yelena Eyvazlı bildirib ki, ekstraktlar şirkətin 12 000 kvadratmert ərazisi olan və müasir tələblərə cavab verən fabrikində alınır. "Gazelli Group" Cənubi Qafqazda yeganə, dünyada isə nadir şirkətlərdəndir ki, beynəlxalq standartlara uyğun olaraq GMP sertifikatı alıb. Bundan əlavə, hər bir məhsulun Avropa və Halal sertifikatı var. Düşünürük ki, tədbir qonaqlarının bəxti əməlli-başlı gətirib, çünki məhz bu bayram münasibətilə “Gazelli Group” Buta brendinin məhsullarına 20 faizlik endirim təqdim edib".

Məhsullarını “Made in Azerbaycan” konsepsiyası ilə satışa çıxaran Gazelli Group-un stendləri tədbirin bəzəyi oldu. Səhər saat 11:00-dan bayram qurtaranadək stendin qarşısında izdiham yaşanıb. Gazelli Group “Nar bayramı”nda minlərlə insanı birləşdirən yeni ənənəni də dəbə salıb. Bu simvolik nar tədbirin əvvəlində hələ “yetişməmiş” idi. Lakin arzusu olan hər kəs, nar dənələrini simvolizə edən qırmızı lentləri bağlayaraq, yerli istehsala bu şəkildə dəstək verdilər. Beləliklə, tədbirin ən populyar atributlarından olan bu nar bayramın sonuna yaxın artıq “yetişib”.

Yerli istehsala dəstək verənlər arasında körpə uşaqlardan tutmuş, Göyçay icra başçısı Mehdi Səlimzadə, millət vəkilləri və xarici ölkələrin ölkəmizdə akreditasiya olunmuş səfirləri də var idi. "Gazelli Group" bundan sonra da ölkəmizin sakinləri və qonaqlarını öz maraqlı sürprizləri ilə sevindirməyə davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti