...

İndoneziya səfirinə Bakı Ali Neft Məktəbinin "Fəxri qonaq" diplomu təqdim edilib

Cəmiyyət Materials 14 Noyabr 2016 10:58 (UTC +04:00)
Bakı Ali Neft Məktəbinin rektoru (BANM) Elmar Qasımov İndoneziyanın Azərbaycandakı səfiri Hüsnan Bəy Fanani ilə görüşüb.
İndoneziya səfirinə Bakı Ali Neft Məktəbinin "Fəxri qonaq" diplomu təqdim edilib

Bakı. Trend:

Bakı Ali Neft Məktəbinin rektoru (BANM) Elmar Qasımov İndoneziyanın Azərbaycandakı səfiri Hüsnan Bəy Fanani ilə görüşüb.

Ali məktəbdən Trend-ə verilən məlumata görə, E.Qasımov qonağı salamlayaraq onu görməkdən məmnun olduğunu bildirib. Azərbaycan və İndoneziya arasında əlaqələrin iqtisadi-ticarət, turizm və təhsil sahələrində inkişafından söz açan rektor BANM-in yaranma tarixi və fəaliyyət istiqamətləri haqqında səfirə məlumat verib. Azərbaycan Prezidenti İlham Əliyevin fərmanı ilə yaradılan ali məktəbdə qısa müddət ərzində görülən işlər və islahatlardan danışan E.Qasımov tədris prosesi, tələbələr üçün yaradılan imkanlar və beynəlxalq əlaqələrdən bəhs edib.

E.Qasımov BANM-in dünyanın müxtəlif aparıcı ali təhsil ocaqları, həmçinin beynəlxalq şirkət və qurumları ilə əlaqələrindən də söz açıb.

İndoneziyanın Azərbaycandakı səfiri H.Fanani səmimi qəbula görə təşəkkür edib. Diplomat BANM ilə İndoneziyanın ali təhsil müəssisələri arasında əməkdaşlığın perspektiv inkşafının hər iki ölkə arasında təhsil əlaqələrinin genişlənməsinə yol açacağını bildirib. Səfir BANM-in əməkdaşlarını və tələbələrini noyabrın 19-20-də Bakıda təşkil ediləcək İndoneziya Mədəniyyət Festivalına dəvət edib.

Görüşdə gələcək əməkdaşlıq, tələbə-müəllim mübadiləsi və digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Görüşün sonunda rektor E.Qasımov səfirə BANM-in “Fəxri qonaq" diplomunu təqdim edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti