Əlilliyi olan şəxslərin hazırladığı xalça nümunələrinin sərgisi təşkil olunub (FOTO)

Əlilliyi olan şəxslərin hazırladığı xalça nümunələrinin sərgisi təşkil olunub (FOTO)

Bakı. Trend:

Beynəlxalq Əlillər günü ilə əlaqədar əlilliyi olan şəxslərin hazırladıqları xalça nümunələrinin sərgisi təşkil olunub.

Bu barədə Trend-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

3 Dekabr - Beynəlxalq Əlillər günü ilə əlaqədar ƏƏSMN və "Əlil Sahibkarlar Təşkilatı" İctimai Birliyinin birgə təşkilatçılığı ilə bir qrup əlilliyi olan şəxsin hazırladıqları xalça nümunələrinin sərgisi təşkil olunub. Tədbirdə iştirak edən əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov əlilliyi olan şəxslərin sosial müdafiəsi və reabilitasiyasının, onlara ictimai həyatın bütün sahələrində iştirak imkanları yaradılmasının Azərbaycan Prezidenti İlham Əliyevin sosial inkişaf kursunda başlıca komponentlərdən olduğunu vurğulayıb: “Ölkənin Konstitusiyasında, müvafiq normativ-hüquqi aktlarında əlilliyi olan şəxslərlə bağlı mütərəqqi beynəlxalq standartlara uyğun dolğun hüquqi əsaslar formalaşdırılıb. Azərbaycan bu sahədə mütərəqqi dünya təcrübəsini bölüşən bir ölkə kimi BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasını qəbul edib və bu Konvensiya əsasında müvafiq sahədə qanunvericiliyini və praktiki icra mexanizmlərini təkmilləşdirir”.

S.Müslümov hazırda Azərbaycanda əlilliyin səviyyəsinin digər ölkələrə nisbətən aşağı olduğunu diqqətə çatdırıb: “Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən dünya əhalisinin 15 faizini əlilliyi olan şəxslər təşkil edir. Ölkəmizdə bu göstərici 2,5 dəfə azdır, yəni respublika əhalisinin təqribən 6 faizi əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlardır”. Nazir bu qəbildən olan insanların sosial təminat sistemi ilə əhatə olunduqlarını, əmək pensiyası və ya aylıq sosial müavinətlə təmin edilənlərin 36 faizə qədərinin əlilliyi olan şəxslər olduğunu bildirib: “Son illlərdə Azərbaycan Prezidentinin aylıq təqaüdü ilə təmin edilən əlilliyi olan şəxslərin kateqoriyaları da genişləndirilib. Dövlət başçısının 17 mart 2014-cü il tarixli Fərmanına əsasən, ümumi səbəblərdən I qrup əlilliyi olan şəxslərin (əmək pensiyası almayan) də Prezidentin aylıq təqaüdü ilə təmin olunmasına başlanılıb. Ümumilikdə bu gün həmin təqaüdlə təmin olunanların 40,6 min nəfərdən çoxu, yəni 71 faizi əlilliyi olan şəxslərdən - müharibə əlilləri və onlara bərabər tutulanlardan, 20 Yanvar əlilləri və I qrup əlillərdən ibarətdir”.

Qeyd olunan sosial ödənişlərin mütəmadi olaraq artırıldığını qeyd edən S.Müslümov bildirib ki, bununla yanaşı, müharibə əlilləri və onlara bərabər tutulan şəxslərin ümumilikdə 16,4 min nəfərdən çox uşağına da aylıq sosial müavinət, radiasiya qəzası nəticəsində zərər çəkərək əlil olmuş şəxslərə hər il müalicə üçün birdəfəlik müavinət ödənilir.

Nazir əlilliyi olan şəxslərin məşğulluq imkanlarının artırılması yönündə aktiv məşğulluq tədbirlərindən bəhs edərək, özünüməşğulluğun təmin olunması işlərində də onların iştirakına şərait yaradıldığını vurğulayıb: “Bu sahədə ilk layihələrdən biri kimi son illərdə Şamaxı rayonunda bir qrup əlil şəxsin arıcılıq üzrə biznes imkanlarına yiyələnmələrini nəzərdə tutan pilot layihə uğurla nəticələnib. Cənab Prezidentin 7 aprel 2016-cı il tarixli Sərəncamına əsasən hazırda icra edilən özünüməşğulluq proqramı digər vətəndaşlar sırasında əmək potensialları olan əlil şəxslərin də ailə bizneslərini qurmalarına imkan yaradacaq”.

Ölkə qanunvericiliyində əlilliyi olan şəxslər üçün bir sıra güzəşt və imtiyazların təsbit olunduğunu qeyd edən S.Müslümov bildirib ki, buna misal olaraq, əlilliyə görə əmək pensiyasının baza hissəsinin məbləği yaşa görə əmək pensiyasının baza hissəsinin məbləğinin I qrup əlillərə 120 faizi, I qrup gözdən əlillərə isə 200 faizi həcmində müəyyənləşdirilib. Əmək münasibətləri və məşğulluq sahəsinə dair normativ-hüquqi aktlarda da əlilliyi olan şəxslərə humanist yanaşmaları əks etdirən bir sıra güzəşt və əlavə təminatlar əksini tapıb: “Əlilliyi olan şəxslər dövlət tibb müəssisələrində büdcə vəsaiti hesabına pulsuz ixtisaslı tibbi xidmətdən istifadə etmək, güzəştli şərtlərlə apteklərdən dərman almaq, sanator-kurort müalicəsi ilə təmin olunmaq hüquqlarına malikdirlər. Digər tərəfdən, onların təhsil alması və peşə reabilitasiyası üçün lazımi şəraitin yaradılmasına dövlət tərəfindən təminat verilir və ölkədə inkluziv təhsil sistemi fəaliyyət göstərir”.

S.Müslümov əlilliyi olan şəxslərlə bağlı aparılan işlərdə Heydər Əliyev Fondunun fəal dəstəyini qeyd edib. O, Fondun müvafiq layihələri çərçivəsində gözdən əlil şəxslər və görmə qabiliyyəti zəif insanlar üçün Regional İnformasiya Mərkəzlərinin yaradılmasının, sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində müasir tələblərə uyğun şəraitin qurulmasının bu qəbildən olan şəxslərə qayğıkeşlik nümunəsi olduğunu diqqətə çatdırıb. Nazir həmçinin “İmkanlara məhdudiyyət yoxdur” təbliğat-təşviqat kampaniyasın əlilliyi olan uşaqlara qarşı ayrı-seçkiliyin qarşısının alınması ilə bağlı ictimai məlumatlandırmada önəmini vurğulayıb.

“Bizim daim xüsusi diqqət yetirdiyimiz məsələlərdən biri də əlilliyi olan şəxslərin bacarıq və qabiliyyətlərinin, yaradıcılıq imkanlarının cəmiyyətə təqdim olunması və dəstəklənməsidir. Bu məqsədilə nazirlik tərəfindən hər il ümumrespublika səviyyəli tədbirlər keçirilir və təkcə son üç ildə təşkil olunan belə tədbirlərdə 1700 nəfərdən çox əlilliyi olan şəxs və sağlamlıq imkanları məhdud uşaq əhatə olunub”, deyə qeyd edən nazir vurğulayıb ki, əlilliyi olan şəxslər arasında tətbiqi sənət növlərində də istedad və bacarığı ilə seçilənlər az deyil: “Beynəlxalq Əlillər günü ilə əlaqədar nazirlikdə əlilliyi olan şəxslərin hazırladıqları xalça nümunələrinin nümayiş etdirilməsi də həmin insanların yaradıcılıq imkanlarının təbliğinə, maddi və mənəvi dəstəklənməsinə xidmət edir”.

"Əlil Sahibkarlar Təşkilatı" İctimai Birliyinin sədri Mirzə Məmmədvəliyev bildirib ki, rəhbəri olduğu təşkilat Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Milli xalçaçılıq sənətinin inkişafı və əlillərin məşğulluğu üçün Peşə Emalatxanasının yaradılması” layihəsini icra edir. Layihə çərçivəsində Sumqayıt şəhərində və İsmayıllı rayonunda bir qrup əlilliyi olan şəxsə milli xalçaların toxunması və bərpası üçün lazımi avadanlıqlar verilməklə, onların məşğulluğu dəstəklənib. Layihə üzrə həmçinin tanınmış xalçaçı rəssamlar tərəfindən onlara müvafiq təlimlər keçilib, xalçaçılığın sirləri onlara aşılanıb. Hazırda təqdim olunan xalçalar da həmin əlilliyi olan şəxslərin əl işləridir.

Sərgidə nümayiş olunan xalça nümunələri tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Nəriman Məmmədov “Kinematoqrafiya uğurlarına görə” beynəlxalq mükafatı ilə təltif olunub (FOTO)
Nəriman Məmmədov “Kinematoqrafiya uğurlarına görə” beynəlxalq mükafatı ilə təltif olunub (FOTO)
Şuşanın gəzməli-görməli yerləri haqqında video çarx hazırlanıb
Şuşanın gəzməli-görməli yerləri haqqında video çarx hazırlanıb
YARAT Müasir İncəsənət Məkanı “Öz adanı kəşf et” adlı sərgi layihəsini təqdim edir
YARAT Müasir İncəsənət Məkanı “Öz adanı kəşf et” adlı sərgi layihəsini təqdim edir
Loading Bars
Xəbər lenti
ABŞ-ın Viskonsin ştatının qubernatoru Cosef Baydenin qalib olmasını təsdiq edib
"Moderna" şirkəti ABŞ-da COVID-19 peyvəndinin istifadəsi üçün sorğu göndərib
Xorvatiyanın baş naziri koronavirusa yoluxdu
"OPEK plus" ölkələri görüşü 3 dekabr tarixinə qədər təxirə saldı
Moskvada koronavirusdan daha 76 nəfər ölüb
Bakıda "Opel" yanıb
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 496 mindən çox artıb
Azərbaycan Ordusunun bölmələri Laçın rayonuna daxil olub (VİDEO)
Türkiyədə koronavirusdan sağalanların sayı 404 mini keçib
Bu gün Laçın rayonu Azərbaycana qaytarılır
Nəriman Məmmədov “Kinematoqrafiya uğurlarına görə” beynəlxalq mükafatı ilə təltif olunub (FOTO)
Tələbələrin ölümü ilə nəticələnən qəzanın görüntüləri yayılıb (VİDEO)
Türkiyə Parlamenti beynəlxalq hüququn müdafiəçisi kimi çıxış etdi
Rusiya ilə Dağlıq Qarabağ üzrə Monitorinq Mərkəzinin detalları müzakirə olunur - Hulusi Akar
Türkiyə koronavirusa qarşı tədbirləri sərtləşdirir
OPEK neft hasilatının səviyyəsinə dair qərarı 2021-ci il 1 dekabra qədər təxirə saldı
Bir sıra hökumət başçıları Baş nazir Əli Əsədovu doğum günü münasibətilə təbrik edib
Nazirlik qazi Kənanı himayəsinə götürdü, anasını isə işlə təmin etdi (FOTO)
Azərbaycan Müdafiə Nazirliyi Türkiyə Milli Müdafiə Nazirliyinə təşəkkür edib
“CIFAL” qrupunun prezidenti Azərbaycan Prezidentini təbrik edib
Gürcüstanda zəlzələ olub
Ceyhun Bayramov Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva ilə görüşüb (FOTO)
Azərbaycan plastik istifadəsinin azaldılmasını hədəfləyir
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb
Sülhməramlı kontingent üçün növbəti maddi-texniki təminat vasitələri Azərbaycana gətirilib (FOTO/VİDEO)
Azərbaycanda Rusiyalı həmvətənlərin ictimai təşkilatlarını Əlaqələndirmə Şurası Prezident İlham Əliyevə müraciət edib
Mingəçevir Dövlət Universitetində tələbələrlə silsilə görüşlər keçirilib (FOTO)
Türkiyəli deputat Şamil Ayrım Prezident İlham Əliyevə təbrik məktubu göndərib
Deputatlar bələdiyyələrdə yaradılmış gender əsaslı komissiyalar üçün seminar-təlimlərdə iştirak ediblər
Distant təhsilin müddəti uzadıldı - QƏRAR
Türkiyəli minaaxtaranlar işğaldan azad edilmiş Azərbaycan torpaqlarında əməliyyatlara başlayıb
28 obyektdə zəruri qayda və tələblərin pozulduğu müəyyən olunub
Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın yeni tərkibi təsdiqlənib
Ceyhun Bayramov moldovalı həmkarı ilə telefonla danışıb
Türkmən Həkimləri Dərnəyinin sədri Azərbaycan Prezidentini təbrik edib
18 rayonda şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə yeni evlər verildi (FOTO)
Yerevanda etiraz aksiyasında iştirak edənlər hücuma məruz qalıb (FOTO)
Yüklərin Azərbaycandan daşınması artıq yeni mərhələnin başlanmasının işarəsidir - Deputat
25 minə yaxın şagird məktəbdənkənar fəaliyyət üzrə onlayn dərslərdə iştirak edib
Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi artıb
Paşinyan Putinlə görüşə nail ola bilmədi - Səfər ləğv edildi
Gəncə Şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edildi
Azərbaycanda 2 981 nəfər COVID-19-a yoluxub, 1 226 nəfər sağalıb, 31 nəfər vəfat edib
FHN-in Laçında yerləşəcək binasının lövhəsi hazırdır
Dekabrın 1-də manatın dollara qarşı məzənnəsi
Prezidentə yazırlar: Siz bu xalqın inamını özünə qaytardınız, onu bir yumruq kimi birləşdirdiniz
“Bərdə” gəmi-bərəsi təmirdən sonra istifadəyə verilib
Ombudsman beynəlxalq ictimaiyyətə müraciət edib
Pakistan Senatının üzvü, partiya sədri Prezident İlham Əliyevi təbrik edib
İran Qarabağın bərpasında iştirak etməyə hazırdır - Vitse-prezident
İraq Parlamentinin Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərib
Laçının qayıdışını böyük səbrsizliklə gözləyirik, o da qayıtsın, tam olaq, arzumuza çataq - Deputat
Roberto Karlos və gənc azərbaycanlı futbolçular - Onlayn dünya çempionatının püşkü atılıb
Azərbaycanda dosent koronavirusdan dünyasını dəyişdi
BNA 3,5 milyon manatlıq müqavilə imzalayıb
Azərbaycan dövlətçiliyinin islahatlar və zəfər mərhələsi
İtaliyanın daha iki bələdiyyəsindən Azərbaycana dəstək
Carlsberg Azerbaijan və AzərŞəkər şirkətləri əməkdaşlıq memorandumu imzalayıblar (FOTO)
Daha 107 ev şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təqdim edildi (FOTO)
Erməni xalqı Paşinyanı bağışlamayacaq - Sabiq prezident
Dəmiryolçu şəhidlərimizi tanıyaq (FOTO)
Şəhid anası: Oğlum öz şəklinə baxıb dedi ki, bir gün bu şəkildə şəhid görəcəksən (FOTO)
İşğaldan azad olunan ərazilərə səfər etməyin - Baş Prokurorluqdan xəbərdarlıq (VİDEO)
PAŞA Bankın “Onlayn biznes krediti” məhsulu ilk beynəlxalq mükafatını aldı
Ermənistan təcavüzü nəticəsində həlak olan dinc sakinlərin sayı 98-ə çatdı - Prokurorluq
Milli Məclisin Elm və təhsil komitəsinin onlayn iclası keçirilib (FOTO)
Yelo Bank-dan mikrokreditlərə tam yeni yanaşma
Yaşayış yerini tərk edən aktiv COVİD-19 daşıyıcıları barədə cinayət işi başlanıb (FOTO/VİDEO)
İranda sutka ərzində 13 mindən çox şəxs koronavirusa yoluxub
“AccessBank” mülki müdafiə təlimlərini davam etdirir (FOTO)
Qazax sakinindən narkotik vasitə götürülüb (FOTO)
Bitkoin 4 faiz bahalaşıb
Şuşa yolunun minalardan təmizlənməsinə başlanılıb - ANAMA
Tərtərlə Suqovuşanı birləşdirən yol yaxın günlərdə istifadəyə veriləcək (ƏLAVƏ OLUNUB) (FOTO)
Azərbaycanda zərərsizləşdirilən minaların sayı açıqlandı
Şuşanın gəzməli-görməli yerləri haqqında video çarx hazırlanıb
İranlı alim necə öldürüldü? - Sui-qəsdin təfərrüatları
ANAMA-dan vətəndaşlara müraciət: Azad edilmiş ərazilərə getmək təhlükəlidir
İndiyə qədər Azərbaycanda minaların partlaması nəticəsində 535 mülki şəxs ölüb
İpoteka Fondunun bazasına yeni mənzillər əlavə olunacaq
Qarabağda dağıdılmış qəbiristanlıqlar, tövləyə çevrilmiş məscidlər gördüm - Məşhur fotoqraf (FOTO)
YARAT Müasir İncəsənət Məkanı “Öz adanı kəşf et” adlı sərgi layihəsini təqdim edir
Bakıda avtomobillərin qiyməti nə zaman ucuzlaşacaq?
Sərt karantin rejiminin qayıtmasını istəmiriksə, qaydalara əməl edək - Naqif Həmzəyev
ADA Universiteti "Mənim Qarabağım" mövzusunda onlayn mühazirələrə başlayıb (FOTO)
Yerevanda əsgər anaları yenidən toplaşdı
İpoteka və Kredit Zəmanət Fondunun agent bankları tərəfindən verilən ipoteka kreditlərinin həcmi açıqlanıb
16 yaşlı Cavan - Xocalı soyqırımının daha bir itkini (VİDEO)
Moldova prezidenti hökuməti istefaya çağırdı
Yoluxma sayının artması səhiyyə sistemimizi çıxılmaz vəziyyətə sala bilər - Deputat
Səbaildə yeni elektron layihə (VİDEO)
Dekabrda bəzi ərazilərdə temperatur normadan yüksək olacaq - Aylıq proqnoz
Aztəminatlı tələbələrin təhsil haqqı ilə bağlı müraciətlərinin qəbulu sabah başa çatır
Koronavirusla bağlı 111 ictimai iaşə müəssisəsində pozuntu aşkarlandı (FOTO)
Karxanaların Kürə təsiri açıqlandı
Polşadakı Azərbaycan evində "Müzakirə Klubu" fəaliyyətə başlayıb (FOTO)
Sabahın hava proqnozu açıqlanıb
Bu il fermerlərə 65 milyon manatdan artıq kredit ayrılıb
Evi tərk edən COVİD-19 xəstəsi saxlanılıb (VİDEO)
Mövcud yoluxma səviyyəsi sərt karantinin tətbiqini qaçılmaz edir - XƏBƏRDARLIQ
Bütün xəbərlər