...

Bakı yollarında buzlaşma yoxdur - sürət həddi qaldırıldı

Cəmiyyət Materials 16 Dekabr 2016 09:58 (UTC +04:00)
Hazırda Bakının avtomobil yollarında nəqliyyat vasitələrinin normal hərəkəti müşahidə edilir.
Bakı yollarında buzlaşma yoxdur - sürət həddi qaldırıldı

Bakı. Samir Əli - Trend:

Hazırda Bakının avtomobil yollarında nəqliyyat vasitələrinin normal hərəkəti müşahidə edilir. Bu barədə Trend-ə Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Məlumatda bildirilir ki, yolların hərəkət hissəsi qar və buzdan təmizləndiyindən nəqliyyat vasitələri, o cümlədən də sərnişin avtobuslarının hərəkətində çətinlik yoxdur.

Ötən gün axşam saatlarında paytaxtda müşahidə edilən hava şəraiti nəzərə alınaraq, şəhərdaxili əsas magistral avtomobil yollarında (Heydər Əliyev prospekti, Zığ-Hava Limanı yollarında hər iki istiqamətdə bütün zolaqlar üzrə) nəqliyyat vasitələri üçün müəyyən edilmiş sürət həddi səhər saatlarında 20 km/saat, axşam isə daha 10 km/saat endirilib. Hazırda paytaxt yollarında vəziyyət normal olduğundan sürət həddi 10 km/saat qaldırılaraq standartdan 20 km/saat aşağı məsafədə saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti