...

AHİK sədri: Transmilli şirkətlərdə çalışan azərbaycanlılara əcnəbilərə nisbətən xeyli az maaş verilir

Cəmiyyət Materials 21 Dekabr 2016 12:54 (UTC +04:00)
“Bu gün bizi narahat edən məsələlərdən biri transmilli şirkətlərdə çalışan azərbaycanlılara əcnəbilərə nisbətən xeyli az əmək haqqının verilməsidir”.
AHİK sədri: Transmilli şirkətlərdə çalışan azərbaycanlılara əcnəbilərə nisbətən xeyli az maaş verilir

Bakı. Elçin Mehdiyev – Trend:

“Bu gün bizi narahat edən məsələlərdən biri transmilli şirkətlərdə çalışan azərbaycanlılara əcnəbilərə nisbətən xeyli az əmək haqqının verilməsidir”.

Trend-in məlumatına görə, bunu Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev AHİK-in IV Məclisinin növbəti iclasında deyib.

S.Mehbalıyev bildirib ki, digər sosial məsələlərdə də yerli işçilərin üstünlükləri azdır:

“BP”, “Statoil”, “AMOKO”, “Coca-Cola”, “McDonalds” kimi transmilli şirkətlərin filiallarında, “Bazarstore” mağazalar şəbəkəsində həmkarlar ittifaqlarının olmaması işçilərin sosial-iqtisadi hüquqlarının hərtərəfli qorunmasına mənfi təsir göstərir”.

AHİK sədri vurğulayıb ki, xarici vətəndaşlara nisbətən yerli işçilərə uzadılmış iş gününün təsdiqi, ödənişli əmək məzuniyyətlərinin verilməməsi adi hala çevrilib:

“Müvəqqəti əmək qabiliyyətini itirənlərə müavinət verilmir, peşə xəstəliyinə tutulanlara və istehsalatda əmək xəsarəti alanlara isə dəyən zərər ödənilmir. İşçilərin əmək hüquqlarının daha səmərəli qorunması, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, hüquq pozuntularının qarşısının alınması, əmək, sosial, iqtisadi hüquqların və azadlıqların daha etibarlı təmin olunması üçün bizi daha çox narahat edən bir məsələni də qeyd etmək istərdim. Əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işçilərin hər hansı bir işin yerinə yetirilməsinə cəlb edilməməsi üçün qanunvericilikdə daha sərt cəza formalarının tətbiqi qeyri-formal əmək münasibətlərinin qarşısının alınmasında mühüm amil oldu”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti