Bakı. Trend:
Bir dövlətin iqtisadi gücü həm də həmin xalqın qüdrətinin göstəricisi sayıla bilər. Bu baxımdan Qətər dövləti də dünya iqtisadiyyatında öz yerini almaq üçün çox uğurlu cəhdlər edir. Bunu ən az Qətərin Hamad Beynəlxalq Hava limanınına baxanda demək olar.
Qətərin paytaxtı Doha şəhərində yerləşən bu hava limanı dünyanın mühüm “hub”larından (nəqliyyat mərkəzi) biri olmaq üçün bir çox yenilikər edib. Hazırda 150 istiqaməti üzrə uçuşlar edən “Qatar Airways” şirkətinin bütün uçuşları məhz Hamad hava limanından keçməklə həyata keçirilir.
Yenidən qurulmuş Hamad hava limanı hazırda il ərzində 29 milyon sərnişini daşıyıyır. Qətər hökumətinin planlarında isə hava limanında tam təmir işləri başa çatdıqdan sonra bu rəqəmi yaxın bir neçə il ərzində 50 milyona çatdırmaqdır. Hava limanın tam təmirdən sonra 320 min təyyarəni il ərzində qarşılayıb yola sala biləcək.
Hazırda bu hava limanı Dubaydan sonra bu regionda ikinci ən böyük hava limanı sayılır. Hazırda hava limanında bir terminaldan digər terminala gedişi asanlaşdıran özü hərəkət edən qatarlar üçün yollar da salınmqadadır.Doha şəhəri İran körfəzi ətrafında yerləşdiyi üçün hava limanından qalxan təyyarələrədən şəhərə çox gözəl mənzərə açılır. Şəhrədəki müasir tikililər və möhtəşəm işıqlandırma gecə saatlarında Dohanı daha gözəlləşdirir.
Mühüm neft və qaz yataqlarına malik Qətər iqtisadiyyatı inkişaf etdikcə mühüm yatırımlar edərək dünyada öz nüfuzunu da qaldırmağa çalışır. 2022-ci ildə bu ölkə futbol üzrə dünya çempionatına ev sahibliyi edərək ilk ərəb ölkəsi kimi öz adını tarixə yazdıracaq.
Zəka Qulu