Təhsilin YENİLİKLƏRİ - Ötən ilin yekunlarında

Təhsilin YENİLİKLƏRİ - Ötən ilin yekunlarında

Bakı. İlhamə İsabalayeva - Trend:

2016-cı il bir çox sahələr kimi təhsil və elm sahəsində də çoxsaylı yeniliklərin tətbiqi ilə yadda qaldı.

Trend-in 2016-cı ilin yekunları əsasında hazırladığı məlumata görə, 2016-cı ildə ilk dəfə olaraq, bütün respublika üzrə 5 yaşlı uşaqlar ümumtəhsil məktəblərində dövlət hesabına məktəbə hazırlıq təhsilinə cəlb edilməyə başladılar. Bu tətbiq olunana qədər isə yalnız Bakıda 5 yaşlılar dövlət məktəblərində 2 il əvvəl icrasına başlanılan pilot layihə çərçivəsində məktəbə hazırlıq təhsilinə ödənişli əsaslarla cəlb edilirdilər.

***
Ötən ilin ən üzdə olan yeniliklərindən və həm də tətbiqinə qədər ictimaiyyət tərəfindən xeyli müzakirəyə səbəb olan məsələlərindən biri orta məktəblərdə tədris ilinin müddətinin uzadılması ilə bağlı oldu. Dərs ilinin uzadılması təklifi qaldırılarkən bu, bir çoxları tərəfindən narazılıqla qarşılansa da, dərs ili ərzindəki tədris həftələrinin sayının artırılaraq orta hesabla 32,8-dən 34,8 həftəyə çatdırılması barədə qərar verildi. Əsas səbəb kimi isə bu göstərildi ki, məktəblərdə dərs günlərinin sayının az olması fənlər üzrə mövcud təlim proqramlarının şagirdlər tərəfindən səmərəli mənimsənilməsində çətinliklər yaradırdı, xüsusilə yuxarı siniflərdə həftəlik tədris yükünün artmasına səbəb olurdu. Bütün bunlar təhsilalanların sağlamlığına mənfi təsir göstərirdi. Tədris həftəsinin müddətinin uzadılması isə şagirdlərin təlim yükünün azaldılmasına, onların proqram materiallarını səmərəli mənimsəməsi üçün əlverişli təhsil mühitinin yaradılmasına kömək edəcək.

Tədris həftələrinin sayının artırılmasının nəticəsi olaraq, 2016-cı ildə dərslər əvvəlki illərdə olduğu kimi, mayın 31-də deyil, iyunun 14-də başa çatdı.

***
Ötən il ilk dəfə olaraq, IX sinfi bitirən məzunlara şəhadətnamə deyil, attestat verilməsi və eyni zamanda, məzunlara verilən attestatların fərqləndirilməsi barədə qərar verildi. Yeni redaksiyada təsdiq olunmuş "Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası"na görə, ümumi orta təhsili bitirənlərə adi və ya fərqlənmə, tam orta təhsil səviyyəsini bitirən məzunlara adi, fərqlənmə və ya xüsusi nümunəli attestatlar veriləcək. Artıq 2016-2017-ci tədris ilinin sonundan başlayaraq, IX və XI sinfi bitirən məktəb məzunlarına attestatlar yeni formada təqdim olunacaq. Azərbaycanda ümumi orta təhsil haqqında fərqlənmə attestatı almaq istəyən şagirdlər üçün inşa (esse) yazmaq məcburi olacaq.

Qaydalara edilən digər dəyişikliyə əsasən, ümumi orta təhsil səviyyəsi üzrə müvafiq sinfi bitirdikdən sonra təhsilini davam etdirməyən və ya hər hansı dərs ilində dərs məşğələlərində iştirak etmədiyi üçün fənn (fənlər) üzrə biliyi qiymətləndirilməyən buraxılış sinif şagirdləri yekun attestasiyaya, o cümlədən buraxılış imtahanına buraxılmayacaqlar.

***
Ötən il ilk dəfə olaraq, 9-cu sinif şagirdləri üçün buraxılış imtahanlarının keçirilməsi qaydası da dəyişdirildi. Artıq 2017-ci ilin məzunları cari tədris ilinin sonunda yeni qayda ilə imtahan verəcəklər. Bu qaydalara əsasən, buraxılış imtahanları mərkəzləşdirilmiş qaydada iki mərhələdə keçiriləcək.

Birinci mərhələdə şagirdlərə Azərbaycan (rus) dilindən oxuyub-anlama və yazı bacarıqlarını yoxlamaq məqsədilə 10 açıq tipli, yəni cavab variantları verilməyən, doğru cavabın müəyyənləşdirilib yazı ilə ifadə olunması tələb edilən test tapşırığı, 10 qapalı tipli, yəni verilən cavab variantlarından 1 doğru cavabın müəyyənləşdirilib qeyd edilməsi tələb olunan test tapşırığı, riyaziyyat fənnindən riyazi bacarıqları yoxlamaq məqsədilə 10 açıq tipli, ümumilikdə 30 test tapşırığı təqdim ediləcək.

Birinci mərhələdə şagirdlər, həmçinin təqdim edilmiş mövzulardan birini seçməklə, könüllülük əsasında inşa (esse) yazırlar. Ümumi orta təhsil haqqında fərqlənmə attestatı almaq istəyən şagirdlər üçün inşa (esse) yazmaq məcburi olacaq.

9-cu siniflər üçün buraxılış inmtahanlarının sayı dəyişdirilməsə də, gələn il xarici dilin üçüncü imtahan fənni kimi əlavə olunacağı gözlənilir.

***
2016-cı ilin struktur dəyişiklikləri baxımından ən önəmli qərarlarından biri də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) və Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın (DQMK) bazasında Dövlət İmtahan Mərkəzinin (DİM) yaradılması oldu. TQDK və DQMK-dan fərqli olaraq, DİM publik hüquqi şəxs olduğundan ona Prezident fərmanı ilə həvalə olunmuş vəzifələrin həyata keçirilməsi məqsədilə 2017-ci il üçün dövlət büdcəsindən maliyyə vəsaitinin ayrılması nəzərdə tutulmayıb. Bu isə o deməkdir ki, yalnız IX və XI siniflər üçün keçirilən buraxılış imtahanları pulsuz olacaq (bir neçə gün əvvəl təsdiqlənən "Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması qaydaları"na əsasən, buraxılış imtahanlarının dövlət büdcəsi hesabına keçiriləcəyi məsələsi öz əksini tapıb), digər növ imtahanları isə DİM maliyyələşdirməyəcək, yəni bu imtahanların xərclərini iştirakçılar özləri ödəyəcəklər.

***

Ötən il yeni ali məktəblərin yaradılması ilə də yadda qaldı. Avropa keyfiyyətli ali təhsili ölkəmizdə aparmağa imkan verən Azərbaycan-Fransız Universitetinin (UFAZ) ilk məzunları Azərbaycanda ən çox tələbat olan 4 ixtisas üzrə təhsil alırlar. UFAZ-nin məzunları ikili diplom (Strasburq Universiteti və ADNSU) əldə edəcəklər.

2016-cı il həm də mühəndis texnologiyaları sahəsində yüksək ixtisaslı kadrların hazırlanmasını təmin etmək məqsədilə Təhsil Nazirliyinin tabeliyində Bakı Mühəndislik Universitetinin yaradılması barədə sərəncam imzalanıb.

Ötən il edilən dəyişikliklərə görə, artıq Azərbaycanda ali təhsilin bütün səviyyələri və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu qaydaları Nazirlər Kabineti tərəfindən müəyyən ediləcək. İndiyədək isə bu, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (rezidentura səviyyəsində TQDK Səhiyyə Nazirliyi ilə razılaşdırma aparırdı) həyata keçirilirdi.

2016-cı il peşə təhsili sahəsində də mühüm addımlar atılaraq, Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi yaradılıb, Bakı və Gəncə şəhərlərində yerləşən ilk peşə-ixtisas təhsili müəssisələri şəbəkəsi rasionallaşdırılıb.

****

Azərbayanda ötən ildən Təhsil Nazirliyinin təşəbbüsü ilə yaradılan Maarifçi Kredit Fondu tərəfindən təhsil haqqını ödəməkdə çətinlik çəkən aztəminatlı ailələrdən olan tələbələrə uzunmüddətli güzəştli kreditlərin verilməsinə də başlanılıb.

2016-cı ildə uzun illərdən bəri qəbulu gözlənilən "Elm haqqında" qanun layihəsi Millli Məclis tərəfindən qəbul edildi və Prezident İlham Əliyev tərəfindən təsdiqləndi.

Yola saldığımız il dəfələrlə müzakirəyə çıxarılan, lakin hər dəfə qəbul edilməyən digər məsələ - magistratura və doktoranturaya qəbul olanlara həqiqi hərbi xidmətdən möhlət hüququnun verilməsi də öz həllini tapdı. Hesab edilir ki, bu, son 20 ildə doktoranturaya qəbulda müşahidə edilən tendensiyanı dəyişəcək, yəni doktoranturaya qəbulda oğlanların sayının azalması halını aradan qaldıracaq.

***

Ötən il müəllimlərin işə qəbulu müsabiqəsinin keçirilməsi ilə əlaqədar aparılan dəyişikliklərə əsasən, onların ərizələrində qeyd etdikləri vakant yerlərin seçim sayı 8-dən 4-ə endirilib. Əvvəlki illərdə vakant yerlər elektron ərizə doldurularkən seçilirdisə, ötən il bu proses test imtahanından sonra mümkün olub. Ötən ilki dəyişikliyə görə, vakant yeri tutan namizədlər həmin yerdən imtina edərlərsə, müsabiqənin növbəti yerləşdirilməsində iştirak edə bilməzlər.

2016-cı il Azərbaycanın 26 şəhər və rayonunda dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsini həyata keçirilməsi ilə əmək haqqı artırılan müəllimlərin sayı 100 min nəfərə çatdırılıb. Bu, 2017-ci ildə (ötən il qiymətləndirmədən keçirilən müəllimlərin əmək haqları 2017-ci ilin yanvarından yeni sistemlə hesablanacaq) ölkə üzrə hər 3 müəllimdən birinin əmək haqqının artımla ödənilməsi deməkdir.

Azərbaycan COVAX çərçivəsində vaksinlərin əldə edilməsi ilə bağlı ÜST-ün qeydi ilə razı deyil - Agentlik
Azərbaycan COVAX çərçivəsində vaksinlərin əldə edilməsi ilə bağlı ÜST-ün qeydi ilə razı deyil - Agentlik
AQTA quş qripi xəstəliyi üzrə simulyasiya təlimi keçirib (FOTO)
AQTA quş qripi xəstəliyi üzrə simulyasiya təlimi keçirib (FOTO)
Hansı halda məktəblər bağlana bilər? - Ekspert açıqladı
Hansı halda məktəblər bağlana bilər? - Ekspert açıqladı
Loading Bars
Xəbər lenti
Azərbaycanın Müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib
Türkiyə Müdafiə naziri ölkədə helikopterin qəzaya uğramasının səbəblərini açıqladı
ABŞ Konqresindəki Azərbaycan üzrə İşçi Qrupun həmsədri Stiv Koen Xocalı faciəsinin ildönümü ilə bağlı bəyanat verib
"Liverpul" futbol klubu tarixində ilk dəfə ardıcıl beş ev oyununda məğlub oldu
Avstraliya hakimiyyəti Norfolk adasında sunami təhlükəsi barədə xəbərdarlıq edib
Kanadada "Johnson & Johnson" peyvəndini bir neçə gün ərzində təsdiqləyəcəyini deyiblər
Ağstafa rayonunda "Ford" yanıb
Türkiyədə son sutkada koronavirusdan 7 873 nəfər sağalıb
Sakit Okeanda 8,0 bal gücündə zəlzələ olub
Türkiyədə hərbi helikopter qəzasında ölənlərin sayı 11-ə çatıb (ƏLAVƏ OLUNUB)
Ceyhun Bayramov Türkiyədə baş vermiş helikopter qəzası ilə bağlı başsağlığı verib
Sahibə Qafarova türkiyəli həmkarına başsağlığı verib
Azərbaycan mövcud ixtisarların apreldə də davamına razılıq verib (FOTO)
Hərbi helikopterin qəzaya uğraması nəticəsində Türkiyə ordusunun generalı həlak olub (ƏLAVƏ OLUNUB)
Azərbaycan COVAX çərçivəsində vaksinlərin əldə edilməsi ilə bağlı ÜST-ün qeydi ilə razı deyil - Agentlik
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
AQTA quş qripi xəstəliyi üzrə simulyasiya təlimi keçirib (FOTO)
Gürcü telejurnalist: Ağdamda dini və mədəniyyət ocaqları məhv edilib (FOTO)
Pakistanla hərbi əməkdaşlıq Silahlı Qüvvələrimizin inkişafına təkan verəcək - Ekspert
Avropa ölkələrində işsizlik səviyyəsinin ciddi artımı proqnozlaşdırılır
Hansı halda məktəblər bağlana bilər? - Ekspert açıqladı
Mingəçevir Dövlət Universitetinin rektoru gələcəyin hüquqşünasları ilə görüşüb
Müasir dövrdə elm və texnologiya birbaşa istehsal gücünə çevrilib - Ekspert
"WhatsApp"da yeni funksiya işə salınıb
Əfv Komissiyası bu gün 100-dən artıq müraciətə baxıb
MDB PA-nın komissiya iclasları keçirilib (FOTO)
Azərbaycan Prezidenti: Ermənistan özünü normal apararsa, bu prosesdən faydalana bilər
Paytaxt yollarında sıxlıq var - Avtobuslar gecikir (FOTO)
Beynəlxalq Qadınlar Gününə həsr olunmuş “Yeddi Gözəl” adlı virtual sərgi keçiriləcək
Yeni Zelandiya sahillərində 7,3 bal gücündə zəlzələ olub
Prezident İlham Əliyev: Ölkəmiz Avrasiyanın əsas və etibarlı nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib
Azərbaycan Prezidenti İqtisadi Əməkdaşlıq Təşkilatının üzv dövlətlərini Zəngəzur dəhlizindən faydalanmağa dəvət edib
Prezident İlham Əliyev: Biz vaksinlərin inkişaf etmiş və inkişaf etməkdə olan dövlətlər arasında qeyri-bərabər və ədalətsiz şəkildə bölünməsini pisləyirik
Prezident İlham Əliyev: Biz indi gələcək haqqında düşünürük
Zəngilan rayonunun Keçikli kəndi (VİDEO)
Azərbaycan Prezidenti: Ermənistan üzərində döyüş meydanında əldə edilmiş hərbi zəfər siyasi yollarla tam təmin edildi
Prezident İlham Əliyev: Türkiyənin güclü olması Azərbaycan və bütün digər müttəfiqlərin də güclü olması deməkdir
Ukraynada koronavirusun "Britaniya ştammı" qeydə alınıb
BERNAMA agentliyi: Qoşulmama Hərəkatının sədri İlham Əliyev peyvəndin ədalətsiz bölgüsü ilə bağlı vaxtında çağırış edir
Qazaxıstan və Azərbaycan Qarabağda mülki infrastrukturun bərpası üzrə əməkdaşlığı müzakirə edir
Milli Məclisdə gender bərabərliyi ilə bağlı dinləmələr keçirilib
Martın 5-nə USD/AZN rəsmi məzənnəsi
Onlayn yolla narkotik vasitələr satan şəxslər saxlanıldı (FOTO/VİDEO)
Tələbələrin köçürülməsi üzrə nəticələr açıqlandı
Orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu qaydaları dəyişib
Prezident İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının onlayn Zirvə toplantısında çıxış edib (YENİLƏNİB-2) (FOTO)
Ombudsman Səbinə Əliyeva Avropa Ombudsman İnstitutuna açıq etiraz məktubu ünvanlayıb
Ümumi təhsil pilləsində təhsilalanların yekun attestasiyasının aparılması Qaydaları dəyişdi
Yasamalda on min manatlıq mobil telefon oğurlandı (FOTOVİDEO)
Ermənistan minalanmış ərazilərin xəritəsini gizlətməklə sülhə mane olur - Deputat
Yaponiyanın səfiri Gəncədə rəsmi səfərdədir (FOTO)
Avropada koronavirusa yoluxma halları artıb - ÜST
Aİİ Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə “Səmavi dinlərdə ailə və qadın” adlı vebinar keçirilib (FOTO)
“AccessBank” tender elan edir
Ağsuda Vətən müharibəsinin 20 şəhid və qazi ailəsinə baş çəkilib
Ölkənin ödəniş kartları ilə nağdsız ödənişlər üzrə lider bankı məlum olub!
Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Şəhid ailələri və müharibə əlillərinə daha 30 mənzil təqdim edildi (FOTO)
Dövlət Gömrük Komitəsi hesabat verib (FOTO/VİDEO) (ƏLAVƏ OLUNUB)
Azərbaycan həqiqətləri dünya mediasında (FOTO)
İsmayıllıda karantin qaydalarını pozan çay evi aşkarlanıb
Şəhid olmağı düşünürdük, qazi olaraq geri qayıtdıq - Zamir Qədimov (FOTO)
Prezident İlham Əliyevin beynəlxalq ictimaiyyətə aydın və birmənalı mesajları
Azərbaycana 400 min dozadan çox "AstraZeneca" vaksini ayrılıb
BTQ Özbəkistandan Azərbaycana 17 konteyner çatdıracaq
Mingəçevir Dövlət Universitetində maliyyə savadlılığının artırılmasına dair nəzəri-praktik seminar keçirilib (FOTO)
Qarabağda təhlükəsizliyin təmin edilməsi üçün əlimizdən gələni edəcəyik - Ərdoğan
BŞTİ-nin kollektivi vaksinasiya prosesinə qoşulub (FOTO)
Bakı Ali Neft Məktəbinin tələbə və məzunlarından magistratura imtahanlarında yüksək nəticə
YAŞAT Fondu 4 261 qazini və şəhid ailəsi üzvünü öhdəliyə götürüb
Ukraynada koronavirus pandemiyasının üçüncü dalğası başlayıb
Şamaxıda 7 evdən oğurluq edən şəxs saxlanılıb (FOTO)
Əfv komissiyasının iclası keçirilir
Bakıda yeni zavod istifadəyə veriləcək
Bakı Ali Neft Məktəbinin tələbə və məzunlarından Magistratura imtahanlarında yüksək nəticə
AzMİU-da azad olunmuş ərazilərdə mühəndis infrastrukturunun yenidən qurulması müzakirə olunacaq
İranda sutka ərzində 8,4 min nəfər koronavirusa yoluxub, 78 nəfər ölüb
Alman şirkətləri Azərbaycan dəmir yollarına investisiya yatırımında maraqlıdır - Səfir
Azad olunmuş ərazilərdə reabilitasiya mərkəzləri yaradıla bilər - Agentlik
Sabahdan daha bir marşrutda nağdsız ödəniş tətbiq ediləcək
Bakıda marşrutların 48 faizi kartla ödənişə keçib - BNA
Qazilərin protez üçün xaricə getməsinə ehtiyac yoxdur - Departament direktoru
Azərbaycan və Türkiyə hərbçilərinin birgə təlimləri keçiriləcək (FOTO)
Ceyhun Bayramovun Baş katibə məktubu BMT sənədi kimi yayılıb
İtaliyada koronavirusdan sağalanlar vaksinin bir dozası ilə peyvəndlənəcək
Ermənistan hakimiyyəti üçtərəfli bəyanatdan sonra diz çöküb üzr istəməli idi - Koçaryan
Şəkər xəstəsi olmağıma baxmayaraq, vaksin vurdurmaq istəyirdim - Vaksinasiyadan keçən müəllim - FOTO
TamKartla yeni fürsətlər
Martın 7-də 3254 şagird üçün buraxılış imtahanı keçiriləcək
Sabah yağış yağacaq
"Buta Airways" Bakı-İstanbul reyslərinə bilet satışına başlayır
Şagirdlərlə təmasda olduğumuzdan vaksinasiya bizim üçün mütləqdir - Müəllim - FOTO
Ermənistanda müxalifət liderinə ölkəni tərk etmək qadağan olundu
Ağdamda idarə rəisinin minaya düşdüyü ərazidə daha 3 ədəd piyada əleyhine mina aşkarlanıb - Trend TV-nin reportajı
Xaricdən onlayn sifariş edilən məhsullar niyə gec gəlir? - Komitə sədrindən açıqlama
Yaralı halda şəhid yoldaşımı kilometrlərlə daşıdım - Qazi
Ermənilər Azərbaycanın tərkibində daha yaxşı yaşaya bilərlər – Deputat
Üzgüçülük üzrə Tokio yay olimpiya oyunlarında Azərbaycan idmançıları yüksək nəticə göstərib
Xudafərin gömrük postunun açılması ilə bağlı danışıqlar gedir
Aİ mikrosahibkarlığın inkişafına 277 min manatdan çox investisiya ayırıb
Bütün xəbərlər