Bakı. Samir Əli - Trend:
Bakıda bayram yarmarkalarının keçirilməsi üçün quraşdırılan çadırların sökülməsinə başlanılıb. Bu barədə Trend-ə Bakı şəhər İcra Hakimiyyətinin Xidmət və Ticarət Departamentinin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov məlumat verib.
Onun sözlərinə görə, yanvarın 6-da çadırların sökülməsi barədə qərar verilib:
"Bu gün son gündür. Artıq çadırların sökülməsinə başlanılıb".
Qeyd edək ki, bayram ərəfəsində paytaxtda yeni il yarmarkalarının keçirilməsi üçün 13 çadır quraşdırılsa da, həmin çadırların 7-si texniki təhlükəsizlik qaydalarına cavab vermədiyi üçün sökülmüşdü. Qalan 6 çadır isə küçələrdəki işıq dirəklərindən elektrik enerjisi götürməmək şərtilə xüsusi elektrik generatorları vasitəsilə işıqlandırılmaqla fəaliyyət göstərirdi.