...

Fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı 192 min artıb

Cəmiyyət Materials 9 Yanvar 2017 11:35 (UTC +04:00)
Son bir ildə fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı 191 754 nəfər artıb.
Fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı 192 min artıb

Bakı. Trend:

Son bir ildə fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı 191 754 nəfər artıb. Hazırda sistemdə 3 371 908 nəfər fərdi şəxsi hesaba malikdir.

Bu barədə Trend-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı 2016-cı il ərzində də artmaqda davam edib. Ötən il əlavə olaraq 191 754 nəfərə, o cümlədən ötən ilin dekabr ayında 18 925 nəfərə fərdi şəxsi hesab açılıb. Bununla da fərdi uçot sisteminin əhatə etdiyi vətəndaşların sayı cari ilin 01 yanvar tarixinə 3 371 908 nəfərə çatıb. Hazırda sistemdə fərdi şəxsi hesaba malik şəxslər arasında 30-40 yaş aralığında olanlar çoxluq təşkil edirlər. Sistemdə qeydiyyata alınmış şəxslərin 25,6 faizi (864 632 nəfər) məhz həmin yaşlarda olanlardan ibarətdir. Həmçinin qeydiyyatda olan sığortaolunanların 20 faizi (674 900 nəfər) 30 yaşa qədər olan, 19,9 faizi (673 431 nəfər) 40-50 yaş aralığında olan, 21 faizi (708 295 nəfər) 50-60 yaş aralığında olan, qalan hissəsi isə 60 yaşdan yuxarı olan vətəndaşlardır.

Azərbaycanda müasir sığorta-pensiya sisteminin mühüm komponenti kimi 2006-cı ildən fəaliyyətə başlayan fərdi uçot sistemi müvafiq qanunvericiliyə uyğun olaraq əmək pensiyası və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili və aparılmasına xidmət edir. Həmin sistemdə fərdi şəxsi hesaba malik olan vətəndaş bununla gələcək pensiya təminatı üçün öz pensiya kapitalını toplamaq imkanı qazanır. Onun üçün fərdi şəxsi hesabın açıldığını təsdiqləyən sosial sığorta şəhadətnaməsi də rəsmiləşdirilir.

Qeyd olunanlarla yanaşı, “Sığortaolunanın onlayn uçota alınması”, “Sığortaolunanlara məlumatların verilməsi”, “Sığortaedənin uçot nömrəsinin öyrənilməsi”, “Məcburi dövlət sosial sığorta vəsaitlərinin onlayn ödənilməsi”, “Sığortaedənin uçot nömrəsinin öyrənilməsi”, “Sığortaedənin (Fiziki şəxs) onlayn uçota alınması” və s. elektron xidmətlər vasitəsilə vətəndaşlara sosial sığorta münasibətləri üzrə bütün xidmətlərdən elektron müstəvidə faydalanmaq imkanları yaradılıb. Onlardan

“Sığortaolunanlara məlumatların verilməsi” e-xidməti vasitəsilə hər bir sığortaolunan fərdi hesabında toplanan pensiya kapitalı barədə mütəmadi şəkildə məlumat əldə edə bilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti