...

Tarif Şurası: Qazla bağlı əvvəlki borclar həmin dövrdə qüvvədə olan tariflərlə həyata keçirilməlidir

Cəmiyyət Materials 10 Yanvar 2017 19:48 (UTC +04:00)
Təbii qaz üzrə yeni tariflərin qüvvəyə minmə tarixindən əvvəlki dövr üzrə yaranan borclarla bağlı hesablaşmalar həmin dövrdə qüvvədə olan tariflərlə həyata keçirilməlidir.
Tarif Şurası: Qazla bağlı əvvəlki borclar həmin dövrdə qüvvədə olan tariflərlə həyata keçirilməlidir

Bakı. Trend:

Tarif (qiymət) Şurası bəzi KİV-də yayılan məlumatlarla əlaqədar olaraq bildirir ki, təbii qaz üzrə yeni tariflərin qüvvəyə minmə tarixindən əvvəlki dövr üzrə yaranan borclarla bağlı hesablaşmalar həmin dövrdə qüvvədə olan tariflərlə həyata keçirilməlidir.

Bu barədə Trend-ə Tarif (qiymət) Şurasının Katibliyindən məlumat verilib.

Yeni tariflərlə hesablaşmalar qeyri-əhali istehlakçı qrupu üzrə 1 dekabr 2016-cı il tarixindən, əhali istehlakçı qrupu üzrə isə 1 yanvar 2017-ci il tarixindən etibarən istehlak olunan təbii qaza şamil edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti