...

"Möhtəşəm 100 gün" lotereyasının qalibləri məlum olub (FOTO)

Cəmiyyət Materials 16 Yanvar 2017 19:29 (UTC +04:00)
"Möhtəşəm 100 gün" adlı stimullaşdırıcı lotereyanın qalibləri 14 yanvar 2017-ci il tarixində məlum olub.
"Möhtəşəm 100 gün" lotereyasının qalibləri məlum olub (FOTO)

Bakı. Trend:

01.10.2016-08.01.2017-ci il tarixlərini əhatə edən "Araz" və "Spar" Supermarketlər Şəbəkəsinin öz müştəriləri üçün təşkil etdiyi "Möhtəşəm 100 gün" adlı stimullaşdırıcı lotereyanın qalibləri 14 yanvar 2017-ci il tarixində məlum olub.

Paytaxtın Alov qüllələr kompleksində, "Fairmont" hotelində möhtəşəm final mərhələsi keçirilib. Lotereya canlı şəkildə Araz Supermarketlər Şəbəkəsinin rəsmi "youtube" kanalında və "facebook" səhifəsində yayımlanıb.

Uduş fonduna görə öz sektorunda bir ilkə imza atan Araz və SPAR Supermarketlər Şəbəkəsi bu dəfəki lotareyaya 305 hədiyyə daxil edib. Lotereyada "Kristal Abşeron"dan 1 ədəd 2 otaqlı tam təmirli mənzil, 3 ədəd "KİA Rio", 1 ədəd "KİA Sorento" avtomobili, Türk Hava Yollarından 10 ədəd Bakı-İstanbul-Bakı aviabileti, "Dost Tech" mağazalar şəbəkəsindən 290 ədəd irili və xırdalı məişət texnikası – 10 ədəd soyuducu, 20 ədəd paltaryuyan maşın, 20 ədəd televizor, 20 ədəd noutbuk, 30 ədəd planşet, 60 ədəd tozsoran, 60 ədəd ətçəkən maşın, 70 ədəd şirəçəkən maşın - şanslı müştərilər tərəfindən qazanılıb.

Yüzlərlə müştəri lotareyanın gedişatını izləmək və qalib olmaq arzusu ilə "Fairmont" otelinə gəlib. Lotereya kampaniyasının siması, sevilən aktyor Fərda Xudaverdiyevin aparıcısı olduğu tədbirdə tanınmış müğənnilər də çıxış edib.

Uduşlu tirajda Dadaşov Eldar İsmət oğlu “Kristal Abşeron”dan 2 otaqlı tam təmirli mənzil, Ələkbərova Fəridə Fərid qızı "KİA Motors"dan "KİA Sorento", Əlizadə Afaq Zaman qızı, Axundov Mehman Firudin oğlu, Əhmədova Sevər Əhməd qızı "KİA Motors"dan "KİA Rio" qazanıb.

Canlı yayımda böyük hədiyyələri qazanan müştərilərlə əlaqə saxlanılaraq onlara "Araz" və "Spar" supermarketlərinin stimullaşdırıcı lotereyasının qalibləri olduqları xəbəri verilib. Telefonda qalib olmaları xəbərini eşidən müştərilərin sevinclərinin həddi-hüdudu olmayıb.
Qeyd edək ki, lotereya oyununun şəffaf keçirilməsinin təmin edilməsi məqsədilə "Araz" Supermarketlərində yerləşdirilən lotereya qutuları möhürlü şəkildə xüsusi çəkiliş qurupu və komissiyanın müşayəti ilə "Fairmont" otelinə gətirilib və lototrona boşaldılıb. "Möhtəşəm 100 gün" lotereyasının şərtlərinə görə "Araz" və "Spar" Supermarketlər şəbəkəsindən 01.10.2016 – 08.01.2017-ci il tarixlərində hər 20 manatlıq alış-veriş edən bonuskartlı müştəri bir ədəd kupon-lotereya qazanırdı.

Lotereya çəkilişində qalib olan müştərilərin siyahısı www.arazmarket.az saytında və "Araz" və "Spar" Supermarketlər Şəbəkəsinin rəsmi "facebook" səhifəsində yayımlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti