...

Kolumbiya rəsmiləri Tərcümə Mərkəzində olublar

Cəmiyyət Materials 25 Yanvar 2017 15:42 (UTC +04:00)
Kolumbiyanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Marta Galindo və konsuluKelly Chaib De Mares Nazirlər Kabineti yanında Tərcümə Mərkəzində olublar.
Kolumbiya rəsmiləri Tərcümə Mərkəzində olublar

Bakı. Trend:

Bu gün Kolumbiyanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Marta Galindo və konsulu Kelly Chaib De Mares Nazirlər Kabineti yanında Tərcümə Mərkəzində olublar.

Mərkəzdən Trend-ə verilən məlumata görə, görüş zamanı Tərcümə Mərkəzi ilə Kolumbiya səfirliyinin birgə layihəsi olan “İyirmi şeir” (Kolumbiya və Azərbaycan şairlərinin şeirlərinin toplandığı) kitabının nəşrinə dair yekun məsələlər müzakirə olunub.

Nəşri bu ilin aprel ayında Kolumbiya Milli Nəşriyyatında baş tutacaq kitabın təqdimatı və digər ispandilli ölkələrdə nəşrinə dair fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti