...

Azərbaycan və İndoneziya arasında əmək, məşğulluq və sosial müdafiə sahələrində əməkdaşlıq müzakirə edilib (FOTO)

Cəmiyyət Materials 8 Fevral 2017 17:33 (UTC +04:00)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində İndoneziyanın Nümayəndələr Palatasının nümayəndə heyəti ilə görüş olub.
Azərbaycan və İndoneziya arasında əmək, məşğulluq və sosial müdafiə sahələrində əməkdaşlıq müzakirə edilib  (FOTO)

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) ölkəmizdə səfərdə olan İndoneziya Nümayəndələr Palatasının nümayəndə heyəti ilə görüş olub. İndoneziyanın Azərbaycandakı səfiri Hüsnan Bəy Fanani də görüşdə iştirak edib.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycan ilə İndoneziya arasında əlaqələrin daim inkişaf etməsindən məmnunluq ifadə olunub. Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli ötən dövrdə ölkəmizin əldə etdiyi sosial-iqtisadi inkişaf dinamikası barədə məlumat verib. Qlobal iqtisadi böhranın daha da kəskinləşdiyi 2016-cı ildə də Azərbaycan iqtisadiyyatının bu vəziyyətdən uğurla çıxdığı, sosial proqramların uğurla davam etdirildiyi diqqətə çatdırılıb.

Azərbaycanın əmək və sosial müdafiə sistemində aparılan islahatlar qeyd edilib, nazirliyin avtomatlaşdırılmış idarəetmə və xidmət sistemləri barədə nümayəndə heyəti məlumatlandırılıb. Ölkədə əmək resurslarından səmərəli istifadənin təmin edilməsinin aparılan siyasətin əsas hədəflərindən olduğu vurğulanıb, həyata keçirilən aktiv məşğulluq tədbirlərindən, icra olunan özünüməşğulluq proqramından, iqtisadi fəal əhalinin artımına uyğun olaraq hazırlanan yeni uzunmüddətli Məşğulluq Strategiyası layihəsindən bəhs edilib.

Bildirilib ki, iki ölkənin beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində uğurlu əməkdaşlıq təcrübəsi var. İslam Əməkdaşlıq Təşkilatının Bakıda Əmək Mərkəzinin yaradılması Təşkilata üzv dövlətlər, o cümlədən Azərbaycan və İndoneziya arasında da əmək, məşğulluq və sosial müdafiə sahələrində əməkdaşlıq əlaqələrinin inkişafı üçün geniş imkanlar yaradacaq.

İndoneziya parlamentinin nümayəndələr palatasının üzvü, nümayəndə heyətinin rəhbəri İrqan Chariul Mahfiz Azərbaycanda bütün sahələrdə inkişaf proseslərini dost ölkə olaraq daim maraqla izlədiklərini vurğulayıb. Palata üzvləri ölkəmizdə əmək və sosial müdafiə sahəsində aparılan islahatları, xüsusən elektron texnologiyalar üzərində müasir və şəffaf, səmərəli idarəetmə və xidmət sistemlərinin qurulmasını yüksək dəyərləndiriblər. Onlar iki ölkə arasında gələcəkdə bu sahələr üzrə təcrübə mübadilələrinin aparılmasının mühüm önəm kəsb etdiyini bildiriblər.

Görüşdə iki ölkə arasında əmək, məşğulluq, sosial müdafiə, miqrasiya sahələrində ötən dövrdə əldə olunmuş əməkdaşlıq təcrübəsi nəzərdən keçirilib, bu sahələrdə əməkdaşlıq əlaqələrinin gələcəkdə genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti