...

Bakı-Şamaxı-Yevlax yolunda qar avtomobillərin hərəkətini çətinləşdirdi

Cəmiyyət Materials 17 Fevral 2017 10:31 (UTC +04:00)
Qeyri-sabit hava şəraiti Bakı-Şamaxı-Yevlax yolunda avtomobillərin hərəkətini çətinləşdirib.
Bakı-Şamaxı-Yevlax yolunda qar avtomobillərin hərəkətini çətinləşdirdi

Bakı. Samir Əli - Trend:

Qeyri-sabit hava şəraiti Bakı-Şamaxı-Yevlax yolunda avtomobillərin hərəkətini çətinləşdirib.

Trend-in məlumatına görə, səhər saatlarında yolun qarla örtülməsi magistralda avtomobillərin hərəkətinə mane olub. Yolun bəzi hissələri buz bağlayıb. Qarın yağması yolun 150-ci kilometrliyində - Ağsu dolaylarında avtomobillərin hərəkətini məhdudlaşdırıb.

Hadisə yerinə Ağsu və Şamaxı Yol İstismar İdarələrinin canlı qüvvə və texnikaları cəlb edilib. Hazırda yolda avtomobillərin hərəkətinin bərpası üçün təmizləmə işləri aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti