Bakı. Orxan Quluzadə - Trend:
Azərbaycan və Türkiyə arasında təhsil sahəsində əməkdaşlıq üzrə Anlaşma Memorandumu imzalanacaq.
Trend-in məlumatına görə, Ankarada səfərdə olan Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov bu gün Türkiyə milli təhsil nazirinin müavini Orxan Ərdəmlə görüşüb.
Görüşdə M.Cabbarov Türkiyədə 15 minə yaxın azərbaycanlı tələbənin, Azərbaycanda isə 2500 türk tələbənin təhsil aldığını qeyd edib.
Nazir Azərbaycanda türk məktəblərini inşa etmək niyyətində olduqlarını bildirib.
O.Ərdəm isə iki ölkə arasında 1994-cü ildən etibarən davam edən təhsil üzrə əməkdaşlığın bu gün Azərbaycan və Türkiyə arasında təhsil sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanması ilə daha da güclənəcəyini deyib.