...

Narkomaniyaya qarşı mübarizədə hər kəs fəal olmalıdır (FOTO)

Cəmiyyət Materials 6 Aprel 2017 12:35 (UTC +04:00)
Suraxanı rayonu 84 saylı məktəbdə gənclərin narkomaniyadan qorunması istiqamətində növbəti maarifləndirmə tədbiri keçirilib.
Narkomaniyaya qarşı mübarizədə hər kəs fəal olmalıdır (FOTO)

Bakı. Samir Əli - Trend:

Suraxanı rayonu 84 saylı məktəbdə gənclərin narkomaniyadan qorunması istiqamətində növbəti maarifləndirmə tədbiri keçirilib.

Trend-in məlumatına görə, tədbirdə çıxış edən Suraxanı rayon polis idarəsinin rəisi, polis polkovniki Namiq Həsənov gənclərə narkomaniya bəlası barəsində ətraflı məlumat verib. Polis rəisi bildirib ki, ümumbəşəri bəla olan narkomaniya Azərbaycandan da yan keçməyib və bu ticarətlə məşğul olanların isə əsas hədəf qrupu gənclərdir.

Onun sözlərinə görə, respublikanın aidiyyatı dövlət qurumları, o cümlədən Daxili İşlər Nazirliyi bu istiqamətdə davamlı addımlar atır: "Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası yaradılıb. Bu komissiyanın, eləcə də hüquq-mühafizə orqanlarının fəallığı nəticəsində bu problemin daha geniş arenada yayılmasının qarşısı qətiyyətlə alınır”.

Polis rəisi qeyd edib ki, narkomanlıq və narkobiznes cəmiyyətin mənəvi, əxlaqi dəyərlərini sarsıdır, sosial-iqtisadi inkişafa mənfi təsir gostərir, insanların həyat və sağlamlığına ciddi təhlükə yaradır və cinayətkarlığın artmasına səbəb olur. N.Həsənov onu da vurğulayıb ki, narkomaniyaya qarşı mübarizədə yalnız dövlət deyil, eləcə də cəmiyyətin hər bir fərdi fəal rol oynamalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti