...

Şurada “iqtisadi və sosial məsələlər” qrupuna aid QHT-lərlə görüş keçirilib

Cəmiyyət Materials 18 Aprel 2017 18:36 (UTC +04:00)
İxtisaslaşmış QHT-lərlə görüş keçirilib.
Şurada “iqtisadi və sosial məsələlər” qrupuna aid QHT-lərlə görüş keçirilib

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasına “iqtisadi və sosial məsələlər” qrupundan üzv seçilən Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi İctimai Birliyinin sədri Rufiz Qonaqovun təşəbbüsü ilə qeyd olunan sahə üzrə ixtisaslaşmış QHT-lərlə görüş keçirilib.

Qurumdan Trend-ə verilən məlumata görə, Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov cari ilin əvvəllərindən başlayaraq hər bir Şura üzvünün seçildiyi qrupun mövzu istiqaməti üzrə fəaliyyət göstərən QHT-lərlə görüş keçirməyə başladığını bildirib.

F.Qurbanov Şura üzvlərinin QHT-lərlə görüşlərinin keçirilməsində layihələrin icrasının səmərəliliyinin artırılmasının, daha uğurlu nəticənin əldə olunması üçün bütün imkanların səfərbər olunmasının hədəfləndiyini deyib. İcraçı direktor hər il Şuranın dəstəyi ilə QHT-lərin istehlakçı hüquqlarının qorunması, iqtisadi və sosial sahələrin inkişafına dair ictimai təşəbbüslər, məşğulluğun artırılmasına dəstək verilməsi, aqrar sahənin inkişaf etdiriməsi ilə bağlı bilik və bacarıqların artırılması və digər mövzularda maraqlı və faydalı layihələr icra etdiyini bildirib. F.Qurbanov həyata keçirilən bu layihələrin nəticəsi haqqında ictimaiyyətin daha geniş şəkildə məlumatlandırılmasına ehtiyac olduğunu vurğulayıb.

Şura üzvü Rufiz Qonaqov ölkənin sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirilən dövlət siyasəti və QHT-lərin bu prosesdə oynadığı rolun əhəmiyyəti haqqında QHT-lərə məlumat verib. R.Qonaqov QHT-lərin layihələrin icrası zamanı qarşılaşdıqları problemlərin müzakirə olunmasının Şura tərəfindən daha effektiv qərarların qəbuluna yardımçı olduğunu deyib. Şura üzvü həmçinin, QHT-lərin ərazisinin bir qismi işğal altında olan dövlət olaraq düşmənə qarşı informasiya savaşında və antiazərbaycan dairələrin təxribatlarına qarşı aktiv şəkildə fəaliyyət göstərdiyini, ancaq bunun hələ yetərli olmadığını vurğulayıb.

Görüşdə QHT-lərlə media qurumları arasındakı əməkdaşlıq əlaqələrinin daha da intensivləşdiriməsinin vacib olduğu qeyd olunub.

QHT rəhbərləri Məmmədhəsən Həsənov, Alman Abbasov, Ruslan Atakişiyev, Muğam Əliyev, Sevinc Kərimova, İndira Şəmsivari, Ruslan Quliyev, Afaq Quliyeva, İradə Yaqubova, Fikrət Yusifov, Növrəstə Yusifova, Anfisa Zinyəddin və digər şəxslər çıxış edərək layihələrinin icra prosesi zamanı qarşılaşdıqları məsələlər haqqında danışıblar. QHT nümayəndələri həmçinin mövzu ilə bağlı rəy və təkliflərini bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti