...

İstehsalatda ölümlə nəticələnən bədbəxt hadisələrin sayı azalıb

Cəmiyyət Materials 28 Aprel 2017 17:20 (UTC +04:00)
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) əməyin mühafizəsi sahəsinə gördüyü tədbirlər öz müsbət nəticələrini verib. Trend-in məlumatına görə, bunu AHİK sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev deyib.
İstehsalatda ölümlə nəticələnən bədbəxt hadisələrin sayı azalıb

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) əməyin mühafizəsi sahəsinə gördüyü tədbirlər öz müsbət nəticələrini verib.

Trend-in məlumatına görə, bunu AHİK sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev deyib.

S.Mehbalıyev bildirib ki, əvvəlki illərdə istehsalat zədələnməsi ilə əlaqədar respublikada yaranmış vəziyyət ürəkaçan deyildi: “Yaranmış vəziyyətə nəzər salsaq görərik ki, 2015-ci ilə nisbətən həmkarlar ittifaqının əhatə dairəsinə daxil olan müəssisə və təşkilatlarda istehsalat xəsarəti alanların sayı 33,8 faiz (71 nəfərə qarşı 95 nəfər), istehsalat xəsarəti nəticəsində həlak olanların sayı 48,5 faiz (33 nəfərə qarşı 49 nəfər) artmışdı. Respublika üzrə istehsalatda isə xəsarət alanların ümumi sayı 55,6 faiz (160 nəfərə qarşı 249 nəfər), istehsalat xəsarətindən ölənlərin sayının isə 71,4 faiz (49 nəfərə qarşı 84 nəfər) artmışdı. Biz, həmkarlar ittifaqları olaraq, yaranmış vəziyyəti araşdıraraq, heç də həmişə ürəkaçan olmayan istehsalat zədələnmələrinin dinamikasına biganə qala bilmərik”.

S.Mehbalıyev bildirib ki, 2016-cı il ərzində 26 sahə həmkarlar ittifaqı orqanının xidmətlərinə daxil olan müəssisə və təşkilatlarda texniki əmək müfəttişliyi tərəfindən 643 müəssisə və təşkilatlarda 2015-ci ilə nisbətən yoxlamaların sayı 25,3% (513 müəssisəyə qarşı 643 müəssisədə) artıb. Onun sözlərinə görə, əməyin mühafizəsinə, istehsalın sanitar-gigiyenası və əməyin təhlükəsizliyinə dair aşkar edilmiş pozuntuların aradan qaldırılması üçün müvafiq qaydada tövsiyyələr verilib: “Aşkar edilən pozuntuların aradan qaldırılmasına nəzarətin gücləndirilməsi nəticəsində bu pozuntuların 92,4 faizi müəyyən edilmiş müddətlərdə aradan qaldırılıb.Texniki əmək müfəttişlərimizin 2016-cı ildə həyata keçirdiyi yoxlamaların nəticəsi olaraq 1885 işçi əlverişsiz əmək şəraitindən, 59 ağır fiziki işə məruz qalmış işçilər iş yerlərindən çıxarılmış və 713 texnoloji avadanlıqlar təhlükəsizlik tələblərinə uyğunlaşdırılıb. Aparılan profilaktik nəzarətin nəticəsi olaraq yoxlanan müəssisələrdə hər 14 işçinin həyatı üçün risk faktorları aradan qaldırılıb”.

AHİK sədri bildirib ki, keçirilən bütün bu tədbirlər və aparılan ardıcıl iş əməyin mühafizəsi və işçilərin zədələnmə və ölüm göstəricilərinə təsir edib: “2017-ci ilin birinci rübünün nəticələrinə görə 2016-cı ilin analoji dövrü ilə müqayisədə həmkarlar ittifaqlarının əhatəsində olan müəssisələrində ölümlə nəticələnən bədbəxt hadisələrin sayı 71,5 faiz (7 nəfərə qarşı 2 nəfər) azalıb”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti