Bakı. Anaxanım Hidayətova - Trend:
Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu dünya əhəmiyyətli tədbirdir.
Bunu Trend-ə Burkina-Fasonun Gənclər Birliyinin əlaqələndiricisi Daniel Da Hien deyib.
Onun sözlərinə görə, müxtəlif mədəniyyətlər arasında yaxın münasibətlər qlobal təhlükəsizliyin bərqərar olmasında mühüm rol oynayır:
"Bu gün Bakı dünyada mövcud problemlərin həlli yollarının axtarışı üçün meydançadır. Belə ki, multikulturalizm və tolerantlıq mərkəzi olan Azərbaycanın bu sahədə ənənəsi və böyük təcrübəsi var".
Qeyd edək ki, mayın 4-də Bakıda “Mədəniyyətlərarası dialoqun inkişafı: İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar” mövzusunda IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işinə başlayıb.