...

Azad Rəhimovun IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimindən sonra İLK AÇIQLAMASI (ÖZƏL)

Cəmiyyət Materials 13 May 2017 02:23 (UTC +04:00)
Keçirilən İslam Həmrəylik Oyunlarının açılış mərasiminin xüsusi yeri var
Azad Rəhimovun IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimindən sonra İLK AÇIQLAMASI (ÖZƏL)

Bakı. Orxan Quluzadə - Trend:

Keçirilən İslam Həmrəylik Oyunlarının açılış mərasiminin xüsusi yeri var. Bunu Trend-ə özəl olaraq gənclər və idman naziri, IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov deyib.

A. Rəhimov bildirib: "Açılış mərasimi imkan verir ki, bütün dünyaya Azərbaycanın tarixini, Vətənimizin, Bakının gözəlliyini nümayiş etdirək.

Təbii ki, Oyunlar idmançılar üçün əsasdır. Biz istərdik ki, bizim idmançılarımız yüksək nailiyyətlər göstərsinlər və o niliyyətləri də onlardan gözləyirik. Bu İslam Həmrəyliyi Oyunlarında biz gözləyirik ki, idmançılarımız çox yaxşı çıxış edəcəklər və onlar bu günlərdə keçirilən yarışlarda artıq bunu sübut etməyə başlayıblar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti