...

Azərbaycanın qadın karateçiləri də finala yüksəldilər

Cəmiyyət Materials 13 May 2017 11:54 (UTC +04:00)
Azərbaycanın qadın karateçiləri İlahə Qasımova və Fəridə Abiyeva IV İslam Həmrəyliyi Oyunlarında finala yüksəliblər.
Azərbaycanın qadın karateçiləri də finala yüksəldilər

Bakı. Azad Həsənli - Trend:

Azərbaycanın qadın karateçiləri İlahə Qasımova və Fəridə Abiyeva IV İslam Həmrəyliyi Oyunlarında finala yüksəliblər.

Trend-in məlumatına görə, 55 kq çəki dərəcəsində mübarizə aparan İ.Qasımova yarımfinalda iordaniyalı Məcidə əl-Bəşairi ilə qarşılaşıb. İdmançımız 3 xalla inamlı qələbə qazanıb. 61 kq çəkidə yarışan F.Abiyeva isə yarımfinalda özbək rəqibi Barno Mirzəyevadan üstün olub.

Təəssüf ki, digər karateçimiz Nurana Əliyeva iranlı idmançı Nəsrin Dust ilə bacara bilməyib. O, təsəlliverici görüşə çıxacaq.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti