...

Qətərli məşqçi: İslamiada gənc idmançılar üçün yaxşı imkandır

Cəmiyyət Materials 14 May 2017 13:11 (UTC +04:00)
Azərbaycan Olimpiya Oyunlarını qəbul etməyə hazırdır.
Qətərli məşqçi: İslamiada gənc idmançılar üçün yaxşı imkandır

Bakı. Trend:

Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları gənc idmançılar üçün yaxşı imkandır.

Bunu Trend-ə Qətərdən olan məşqçi Kristos Paparrodopoulos deyib.

O, bildirib: "Mən Bakıya ilk dəfədir gəlirəm. Hesab edirəm ki, bu yarışlar gənc idmançılar, xüsusilə də Qətərdən olan atletlər üçün yaxşı imkandır. Sizdə gözəl Atletlər kəndi var və burada əla şərait yaradılıb".

Məşqçinin sözlərinə görə, o bundan sonra da Bakıda keçirilən idman yarışlarında iştirak etmək istərdi. O, qeyd edib ki, Azərbaycan Olimpiya Oyunlarını qəbul etməyə hazırdır.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti