Azərbaycan güləşçisi İslamiadanın qalibi oldu

Cəmiyyət Xəbər 20 May 2017 20:07 (UTC +04:00)
Azərbaycan təmsilçisi Cəmaləddin Maqomedov Qazaxıstan idmançısı Daulet Şabanbayevlə mübarizədə qızıl medal qazanıb.
Azərbaycan güləşçisi İslamiadanın qalibi oldu

Bakı. Trend:

IV İslam Həmrəyliyi Oyunları çərçivəsində sərbəst güləş üzrə yarışlarda 125 kq çəki dərəcəsində Azərbaycan təmsilçisi Cəmaləddin Maqomedov Qazaxıstan idmançısı Daulet Şabanbayevlə mübarizədə qızıl medal qazanıb.

Trend-in məlumatına görə, o, 12:8 hesabı ilə rəqibi üzərində qələbə çalıb.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti