...

Media monitorinq qrupu son 1 ay üzrə hesabatını açıqlayıb

Cəmiyyət Materials 1 İyun 2017 15:54 (UTC +04:00)
MC&S-in media monitorinq qrupu 01-31 may 2017-ci il dövrü üzrə məlumatların hesabatına yekun vurub.
Media monitorinq qrupu son 1 ay üzrə hesabatını açıqlayıb

Bakı. Trend:

MC&S-in media monitorinq qrupu 01-31 may 2017-ci il dövrü üzrə məlumatların hesabatına yekun vurub.

Media monitorinqin əhatəsinə daxil olan məlumatlar say, xarakter və məzmun üzrə təhlil olunub, sektorlar üzrə şirkətlərin media reytinqi hesablanıb.

Şirkətin media monitorinq qrupu 10 Televiziya, 55 çap və 500 online media daxil olmaqla 565-dən çox mənbəni, eyni zamanda sosial şəbəkələri izləyir. Şirkət hazırda 20 sektorun, o cümlədən Enerji-yanacaq, Telekommunikasiya, Bank, Sığorta, Otelçilik və Turizm, İnşaat, Ərzaq, Tibb, İçki, Avtomobil, Təhsil və sair sahələrin media monitorinqini aparır.

Aparıcı 5 sektor üzrə adı mediada ən çox adı hallanan qurumları təqdim edirik. Məlumatların sayına görə mobil rabitə şirkətləri arasında Azercell (1192 məlumat), banklar arasında Azərbaycan Beynəlxalq Bank (4008 məlumat), sığorta şirkətləri arasında PAŞA Həyat (234 məlumat), ali məktəblər arasında BDU (1681 məlumat), otel və biznes mərkəzləri arasında Excelsior (301 məlumat) irəlidədir.

Qeyd edək ki, daha dolğun nəticələr facebook səhifəsində yerləşdirilib:

https://www.facebook.com/MediaConsultingServices/?fref=ts

Hesabatla bağlı daha ətraflı məlumat əldə etmək və almaq istəyən şəxslər [email protected] ünvanına və 012-5678461 telefon nömrəsinə müraciət edə bilərlər. PRA şirkətin əsas tərəfdaşıdır və bir çox layihələrdə, o cümlədən media- monitorinq üzrə təhlildə əməkdaşlıq edir.

Xəbər lenti

Xəbər lenti