...

İmtahan nəticələrinin açıqlanacağı vaxt məlum oldu

Cəmiyyət Materials 5 İyun 2017 10:45 (UTC +04:00)
Dövlət İmtahan Mərkəzinin iyunun 3-də keçirdiyi SAT imtahanının nəticələri iyunun 12-də açıqlanacaq.
İmtahan nəticələrinin açıqlanacağı vaxt məlum oldu

Bakı. İlhamə İsabalayeva – Trend:

Dövlət İmtahan Mərkəzinin (DİM) iyunun 3-də keçirdiyi SAT imtahanının nəticələri iyulun 12-də açıqlanacaq.

Mərkəzdən Trend-ə verilən məlumata görə, DİM-də iyunun 3-də növbəti SAT imtahanı keçirilib.

İmtahanlar DİM-in inzibati binasında təşkil olunmaqla təlimata təşkil olunub. İmtahanlarda 10 nəfərin iştirakı nəzərdə tutulsa da, 8 nəfər iştirak edib. İmtahanların gedişi zamanı iştirakçılara bilik və bacarıqlarını nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

İmtahan nəticələrinin iyulun 12-də elan olunması gözlənilir. Nəticələrlə https://sat.collegeboard.org/scores linkində tanış olmaq mümkün olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti