Bakı. İlhamə İsabalayeva - Trend:
Bu il Azərbaycanda respublikanın ümumtəhsil məktəblərinin XI siniflərini 84 088 nəfər bitirəcək.
Trend-in məlumatına görə, həmçinin IX sinifləri 110 638 nəfər, qiyabi (axşam) ümumtəhsil məktəblərini isə 723 nəfər şagirdin bitirəcəyi gözlənilir.2017-2018-ci tədris ilinin əvvəlində isə 164 945 nəfərin I siniflərə qəbulu gözlənilir.