...

Gəncədə dolu 120-dən artıq evə ziyan vurub (FOTO/VİDEO)

Cəmiyyət Materials 20 İyun 2017 20:04 (UTC +04:00)
Qərb bölgəsində müşahidə olunan leysan yağışları Gəncənin Hacıkənd qəsəbəsində sonradan doluya çevrilib.
Gəncədə dolu 120-dən artıq evə ziyan vurub (FOTO/VİDEO)

Bakı. Trend:

Qərb bölgəsində müşahidə olunan leysan yağışları Gəncənin Hacıkənd qəsəbəsində sonradan doluya çevrilib.

Trend "ARB Kəpəz"ə istinadən xəbər verir ki, güclü dolu səbəbindən qəsəbə infrastrukturuna ciddi ziyan dəyib. 126 evin dam örtüyü, pəncərələri qırılıb, bəzi evlərə sel suları dolub. Sosial obyektlərə, əkin sahələri və avtomobillərə ziyan dəyib.

Dəyən ziyanın miqdarını müəyyənləşdirmək və fəsadları aradan qaldırmaq üçün şəhər Fövqəladə Hallar Komissiyasının üzvləri Hacıkənddə tədbirlərə başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti