...

Dövlət qulluqçuları ilə bağlı məlumatların reyestrə düzgün daxil edilmədiyi müəyyən edilib

Cəmiyyət Materials 21 İyun 2017 12:22 (UTC +04:00)
Dövlət reyestrinə daxil olan məlumatların öyrənilməsi zamanı bir sıra dövlət orqanları tərəfindən dövlət qulluqçuları ilə bağlı məlumatları reyestrə vaxtında, tam və düzgün daxil edilmədiyi müəyyən edilib.
Dövlət qulluqçuları ilə bağlı məlumatların reyestrə düzgün daxil edilmədiyi müəyyən edilib

Bakı. İlhamə İsabalayeva – Trend:

Dövlət reyestrinə daxil olan məlumatların öyrənilməsi zamanı bir sıra dövlət orqanları tərəfindən dövlət qulluqçuları ilə bağlı məlumatları reyestrə vaxtında, tam və düzgün daxil edilmədiyi müəyyən edilib.

Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında dövlət qulluqçularının peşə bayramı gününə həsr olunmuş “Dövlət qulluğunun aktual problemləri” mövzusunda keçirilən elmi-praktiki konfransda çıxış edən Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, bir çox hallarda isə dövlət qulluqçularının əmək kitabçalarına daxil olan məlumatlarla onlar barəsində dövlət reyestrinə daxil edilmiş məlumatlar arasında uyğunsuzluq aşkar edilib:

"Dövlət qulluqçuları barəsində olan məlumatların müvafiq dövlət orqanları tərəfindən vaxtında, tam və düzgün daxil edilməməsi inzibati məsuliyyətə səbəb olur. Təbii ki, bu uyğunsuzluqların aradan qaldırılması üçün tərəfimizfən tədbirlər görülməkdədir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti