...

Bakıda 23-cü Dünya Tibbi Hüquq Konqresi keçiriləcək

Cəmiyyət Materials 28 İyun 2017 16:15 (UTC +04:00)
Dünya Tibbi Hüquq Assosiasiyası (DTHA) iyulun 10-13-də Bakıda 23-cü Dünya Tibbi Hüquq Konqresi (DTHK) keçirəcək.
Bakıda 23-cü Dünya Tibbi Hüquq Konqresi keçiriləcək

Bakı. Trend:

Dünya Tibbi Hüquq Assosiasiyası (DTHA) iyulun 10-13-də Bakıda 23-cü Dünya Tibbi Hüquq Konqresi (DTHK) keçirəcək.

Trend-in məlumatına görə, Assosiasiyanın təsisçilərindən biri və prezidenti Tomas Noquçi iyulda Bakıya gələcək.

Tibbi hüquq, bioetika, məhkəmə təbabəti və məhkəmə ekspertizası üzrə dünyanın aparıcı mütəxəssislərinin bilik və təcrübələrini bölüşməsi məqsədilə keçirləcək tədbirin açılış mərasimində əsas məruzəçi ABŞ-nın Konnektikut ştatının Elmi mərkəzinin fəxri rəhbəri, dünyanın ən tanınmış ekspertlərindən biri, Ağ Evdə baş verən məhşur hadisələrin tədqiqatçısı professor Henri Li olacaq.

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin akademikləri, professorları, digər ölkələrin aparıcı universitetlərinin professor-müəllim heyəti 130-dan çox şifahi məruzə və 100-ə yaxın poster təqdim edəcəklər. Konqresin elmi proqramına 275 tezis daxil olunub. Konqresdə dünyanın 50 ölkəsindən 320-dən çox qonaq iştirak edəcək.

23-cü DTHK ayrıca elm sahəsi üzrə Bakıda Dünya Konqresi səviyyəsində keçirilən ilk beynəlxalq elmi tədbirdir. Konqresin əsas mövzusu “Tibbi Hüquq, Bioetika və Multikulturalizm”dir. Əsas mövzunun 4 alt mövzusu da var. Bunlara Tibbi hüquq və bioetika sahəsində təhsil, Bioetika, din və multikulturalizm, Ətraf mühit və tibbi hüquq və XXI əsrdə tibbi hüququn və məhkəmə təbabətinin perspektivləri daxildir.

Bakı konqresi DTHA üçün tarixi əhəmiyyət kəsb edir. Tədbir assosiasiyanın 50-illik Qızıl Yubiley konqresidir. Yarıməsrlik tarixində təşkilat ilk dəfə postsovet məkanında, Şərqlə Qərbin, Cənubla Şimalın birləşdiyi Avrasiyanın mərkəzində konqres keçirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti