...

7 hakimin səlahiyyət müddəti uzadıldı

Cəmiyyət Materials 30 İyun 2017 12:24 (UTC +04:00)
Bu gün Milli Məclisin növbədənkənar iclasında “Məhkəmələr və hakimlər haqqında” qanuna dəyişikliklər müzakirə edilib.
7 hakimin səlahiyyət müddəti uzadıldı

Bakı. Elçin Mehdiyev – Trend:

Bu gün Milli Məclisin növbədənkənar iclasında “Məhkəmələr və hakimlər haqqında” qanuna dəyişikliklər müzakirə edilib.

Trend-in məlumatına görə, dəyişikliyə əsasən səlahiyyət müddəti bitən 7 hakimin səlahiyyət müddəti artırılıb. Onlar Şəlalə Məmmədova, Tahir Kazımov, Akif İsgəndərov, Əhməd Nurməmmədov, Mehbarə Əhmədova, İmran Hacıqayibov, Rahib Nəbizadədir.

Həmçinin, Bakı Apellyasiya Məhkəməsinin hakimi Elşanə Vəliyeva Ali Məhkəmənin hakimi təyin edilib.

Bundan əlavə, Ali Məhkəmənin hakimi İlham Cəfərovun vəzifəsinin dəyişdirilməsi ilə bağlı Ali Məhkəmənin hakimi vəzifəsindən azad edilməsi təklif olunub.

Müzakirələrdən sonra təkliflər səsə qoyularaq qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti