Bakı. İlhamə İsabalayeva - Trend:
Azərbaycan Kooperasiya Universitetində keçirilən imtahanda iştirak edə bilməyən abituriyentlər üçün qəbul imtahanının keçirilmə tarixi müəyyənləşdirilib.
Dövlət İmtahan Mərkəzindən Trend-ə verilən məlumata görə, iyulun 22-də Azərbaycan Kooperasiya Universitetində keçirilən imtahanda iştirak edən və məlum hadisə ilə bağlı təxliyə edilən abituriyentlər üçün qəbul imtahanı iyulun 27-də keçiriləcək.
Həmin abituriyentlər üçün “imtahana buraxılış vərəqəsi” iyulun 25-də gün ərzində Dövət İmtahan Mərkəzinin saytında yerləşdiriləcək.