...

Sağlamlıq imkanları məhdud 1 150 gənc peşə təliminə cəlb olunub

Cəmiyyət Materials 26 İyul 2017 12:48 (UTC +04:00)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində indiyə qədər 1 150 nəfər gənc peşə hazırlığı kurslarına cəlb olunub.
Sağlamlıq imkanları məhdud 1 150 gənc peşə təliminə cəlb olunub

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində indiyə qədər 1 150 nəfər gənc peşə hazırlığı kurslarına cəlb olunub. Hazırda isə Mərkəzdə 105 nəfər gənc peşə təlimindədir.

Bu barədə Trend-ə Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Azərbaycan Prezidenti İlham Əliyevin sağlamlıq imkanları məhdud gənclərə xüsusi qayğısının nəticəsi olaraq, yaradılan mərkəz bu təbəqədən olan gənclərin peşə reabilitasiyasında və məşğulluq imkanlarına yiyələnmələrində mühüm rola malikdir. Mərkəzdə ölkəmizin bütün bölgələrindən sağlamlıq imkanları məhdud gənclər kompüter istifadəçisi və kompüter dizayneri, dərzi, bərbər, toxuculuq, ağac üzərində oyma, rəssamlıq, kulinariya, xalçaçılıq, rəssamlıq, tikiş, toxuma və s. peşələr üzrə peşə hazırlığı kurslarına cəlb olunurlar. Kursları bitirdikdən sonra isə onlara peşə şəhadətnamələri təqdim edilir. Peşə təlimində olduqları müddətdə onların dövlət hesabına yataqxana, yemək, tibbi-fizioterapevtik xidmət və s. ilə təminatı da həyata keçirilir.

Burada peşə hazırlığı kurslarında olan sağlamlıq imkanları məhdud gənclərin cəmiyyətə fəal inteqrasiyasının dəstəklənməsi üçün digər istiqamətlərdə də mühüm tədbirlər görülür. Buna misal olaraq, ötən dövrdə ölkəmizdə yüksək səviyyədə keçirilən “Bakı-2015” ilk Avropa Oyunlarında və IV İslam Həmrəyliyi Oyunlarında, “Formula-1” üzrə Avropa Qran-pri yarışlarında bu Mərkəzdən olan gənclər də könüllü kimi iştirak edib və göstərilən etimadı uğurla doğrultuqları üçün sertifikatlara layiq görülüblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti