...

30-dan artıq bələdiyyə sədrinin işi məhkəmə və prokurorluğa göndərilib

Cəmiyyət Materials 27 İyul 2017 20:59 (UTC +04:00)
Bu il bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət qaydasında 30 minə yaxın bələdiyyə aktına baxılıb.
30-dan artıq bələdiyyə sədrinin işi məhkəmə və prokurorluğa göndərilib

Bakı. Trend:

Bu il bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət qaydasında 30 minə yaxın bələdiyyə aktına baxılıb.

Trend-in məlumatına görə, bu ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə keçirilmiş nazirliyin kollegiya iclasında deyilib.

İclasda bildirilib ki, 792 belə akt nazirliyin təklifləri əsasında ləğv edilib və ya dəyişdirilib, kobud qanun pozuntularına yol verən 33 bələdiyyə sədri barəsində inzibati xəta haqqında protokollar məhkəmələrə, cinayət xarakterli 15 fakt üzrə materiallar isə prokurorluğa göndərilib.

Eyni zamanda qanunsuz ayrılmış 2 min hektara yaxın torpaq sahəsi geri qaytarılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti