...

"Facebook" saxta xəbərlərlə mübarizə aparacaq

Cəmiyyət Materials 17 Avqust 2017 08:45 (UTC +04:00)
“Facebook” sosial şəbəkəsi yayılan saxta xəbərlərlə mübarizə üsullarını gücləndirməyi planlaşdırır.
"Facebook" saxta xəbərlərlə mübarizə aparacaq

Bakı. Elçin Mehdiyev - Trend:

“Facebook” sosial şəbəkəsi yayılan saxta xəbərlərlə mübarizə üsullarını gücləndirməyi planlaşdırır.

Trend-in məlumatına görə, “Facebook” məlumatların doğruluğunun yoxlanılması məqsədilə xəbərləri xüsusi faktyoxlama şirkətlərinə göndərəcək.

Bundan sonra yoxlamanın nəticələri orijinal paylaşımın altında nümayiş etdiriləcək.

Qeyd olunur ki, bununla əlaqədar sosial şəbəkə ABŞ, Almaniya və Fransa şirkətlərinə müraciət edib.

Bu funksiya əvvəlcə adıçəkilən ölkələrdə və Niderlandda sınaqdan keçiriləcək.

Facebook-da yayılan virusla bağlı XƏBƏRDARLIQ: Şəxsi məlumatlarınız oğurlana bilər

Facebook-da yayılan virusla bağlı XƏBƏRDARLIQ: Şəxsi məlumatlarınız oğurlana bilər

Bir neçə gün öncə “Facebook” sosial şəbəkəsində yayılan vurisla bağlı Trend-ə açıqlama verən Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz də eyni mövzu istiqamətində maraqlı fikirlər səsləndirib.

O.Gündüz vurğulayıb ki, virusun yayılmasında məqsəd müxtəlif ola bilər: “Ola bilər ki, bu virus istifadəçilərin şəxsi məlumatlarını, şifrələrini ələ keçirmək üçün yayılsın. Həmçinin insanların vaxtını almaq, Azərbaycanda sosial medianın fəaliyyətini ağırlaşdırmaq, lazımsız, saxta informasiyaları dövriyyəyə salmaq məqsədilə də yayıla bilər”.

O.Gündüz hesab edir ki, virusun Ermənistan tərəfindən də yayıldığını güman etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti