...

Qazaxıstanda snayperlərin yarışı keçiriləcək (FOTO)

Cəmiyyət Materials 4 Avqust 2017 16:57 (UTC +04:00)
“Snayper həddi” müsabiqəsində snayper cütlüklərinin yarışlarına start veriləcək.
Qazaxıstanda snayperlərin yarışı keçiriləcək (FOTO)

Bakı. Trend:

Bu gün “Beynəlxalq Ordu Oyunları - 2017” çərçivəsində Qazaxıstanın Otar hərbi bazasında keçirilən “Snayper həddi” müsabiqəsində snayper cütlüklərinin yarışlarına start veriləcək.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iki yarış günü ərzində snayperlər müxtəlif məsafələrdə hava hədəflərininin məhv edilməsi və digər bir sıra xüsusi tapşırıqları yerinə yetirəcəklər.

17 ölkənin komandasının iştirak etdiyi yarışlar avqustun 9-da sona çatacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti