...

"iPhone 8" smartfonlarının istehsalı başlayıb

Cəmiyyət Materials 4 Avqust 2017 22:26 (UTC +04:00)
Sosial şəbəkələrdə texnologiya məhsulları barədə məlumatları ilə məşhurlaşmış insayder Stiv Hemmerstoffer “Apple” şirkətinin yeni “iPhone 8” smartfonlarının istesalına başladığını deyib
"iPhone 8" smartfonlarının istehsalı başlayıb

Bakı. Trend:

Sosial şəbəkələrdə texnologiya məhsulları barədə məlumatları ilə məşhurlaşmış insayder Stiv Hemmerstoffer "Apple" şirkətinin yeni "iPhone 8" smartfonlarının istehsalına başladığını deyib.

Trend-in məlumatına görə, o, bu barədə "Twitter" səhifəsində öz mənbələrinə istinadən yazıb.

Onun sözlərinə görə, istehsalat prosesi cədvələ uyğun davam edir, ona görə də yeni məhsul planlaşdırıldığı vaxtda təqdim olunacaq.

Bununla belə bir sıra mənbələr təqdimat mərasiminin gecikə biləcəyini deyir. Buna səbəb kimi OLED-ekranların çatışmazlığı göstərilir.

"iPhone 8"-in təqdimatının sentyabr ayında keçirilməsi planlaşdırılır. Bu smartfonların çərçivəsiz OLED-ekranlı olacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti