...

6 ayda yol hərəkəti qaydaları əleyhinə inzibati xətalar 12 faiz artıb

Cəmiyyət Materials 16 Avqust 2017 10:54 (UTC +04:00)
Qaydaların pozulmasına görə 30,3 milyon manat məbləğində cərimələr tətbiq edilib.
6 ayda yol hərəkəti qaydaları əleyhinə inzibati xətalar 12 faiz artıb

Bakı. Samir Əli - Trend:

2017-ci iiln yanvar-iyun aylarında Azərbaycanda yol hərəkəti qaydaları əleyhinə aşkarlanmış inzibati xətaların sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 12,1 faiz artaraq 1555,4 min olub.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, xətaların 51,1 faizi yolda müəyyən edilmiş hərəkət sürəti həddinin aşılması (ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,5 faiz çox), 11,1 faizi dayanma və ya durma qaydalarının pozulması (3 faiz çox), 10,4 faizi svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi (30,3 faiz çox), 9,5 faizi yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi (83,0 faiz çox), 3,7 faizi təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsinin idarə olunması (9,4 faiz az), qalan hissəsi isə digər səbəblər üzrə aşkarlanıb.

Qaydaların pozulmasına görə 30,3 milyon manat məbləğində cərimələr tətbiq edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti