...

Dərsliklərin məktəblərə çatdırılması yekunlaşıb

Cəmiyyət Materials 29 Avqust 2017 10:27 (UTC +04:00)
2017-2018-ci tədris ilində dövlət ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin istifadəsinə veriləcək dərsliklərin məktəblərə çatdırılması artıq yekunlaşıb.
Dərsliklərin məktəblərə çatdırılması yekunlaşıb

Bakı. Trend:

2017-2018-ci tədris ilində dövlət ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin istifadəsinə veriləcək dərsliklərin məktəblərə çatdırılması artıq yekunlaşıb.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, tədris ili başlamazdan əvvəl dərsliklərin şagirdlərə paylanılması nəzərdə tutulur.

Şagirdlərdən və onların valideynlərindən müvafiq dövlət ümumtəhsil məktəbinə sentyabrın 8-nə qədər müraciət edərək dərslikləri əldə etmələri xahiş olunur.

Hansısa səbəbdən dərsliklərlə təminatda çətinliklər yaranarsa, bu barədə məktəb rəhbərliyinə məlumat verilməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti