...

Binəqədi rayon İcra Hakimiyyətində təcrübə keçən ASAN könüllüləri ilə görüş keçirilib (FOTO)

Cəmiyyət Materials 5 Sentyabr 2017 14:29 (UTC +04:00)
ASAN Master-2 layihəsi çərçivəsində Binəqədi rayon İcra Hakimiyyətində təcrübə keçən 10-cu qrup ASAN könüllüləri ilə Biləcəri bələdiyyəsində görüş keçirilib.
Binəqədi rayon İcra Hakimiyyətində təcrübə keçən ASAN könüllüləri ilə görüş keçirilib (FOTO)

Bakı. Trend:

ASAN Master-2 layihəsi çərçivəsində Binəqədi rayon İcra Hakimiyyətində təcrübə keçən 10-cu qrup ASAN könüllüləri ilə Biləcəri bələdiyyəsində görüş keçirilib.

İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsindən Trend-ə verilən məlumata görə, görüşdə Biləcəri Bələdiyyəsinin sədri Hikmət Quliyev, Binəqədi rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Kərimova, “İctimai-humanitar” sektorunun müdir əvəzi Səma Əlizadə və ASAN könüllüləri iştirak etdilər.

İlk öncə ASAN könüllüləri Biləcəri bələdiyyəsinin fəaliyyəti ilə tanış oldular və onlara bələdiyyənin iş fəaliyyəti, şöbələri haqqında geniş məlumat verilib. Sonra ASAN könüllüləri ilə görüş keçirilib. Görüşdə çıxış edən Biləcəri Bələdiyyəsinin sədri Hikmət Quliyev bələdiyyənin fəaliyyəti, iş mexanizmi haqqında geniş məlumat verib.

Daha sonra çıxış edən Binəqədi rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Kərimova Bələdiyyələrdə yaradılmış “İctimai-humanitar” sektorlar haqqında geniş məlumat verərək bir il ərzində Binəqədi rayonunda bələdiyyələrin “İctimai-humanitar” sektorunun fəaliyyəti, həyata keçirdiyi layihələrin əhəmiyyətindən danışıb.

Sonra Biləcəri Bələdiyyəsinin “İctimai-humanitar” sektorunun müdir əvəzi Səma Əlizadə 2016-cı ilin avqust ayından Biləcəri bələdiyyəsində yaradılan “İctimai-humanitar” sektorun həyata keçirdiyi layihələrin təqdimatını edib. Təqdimatdan sonra gənclərin bələdiyyə ilə bağlı təəssüratları dinlənilərək sualları cavablandırılıb. Təqdimatdan sonra gənclərin çay süfrəsi ətrafında səmimi görüşü davam edib. Sonda xatirə fotosu çəkdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti