...

Bakıda 40 məktəbdə müasir tipli hərbi kabinet yaradılıb

Cəmiyyət Materials 8 Sentyabr 2017 16:14 (UTC +04:00)
Növbəti dərs ilinə hazırlıq çərçivəsində paytaxtdakı 20 nömrəli məktəb-lisey üçün yeni bina inşa olunub.
Bakıda 40 məktəbdə müasir tipli hərbi kabinet yaradılıb

Bakı. İlhamə İsabalayeva - Trend:

Növbəti dərs ilinə hazırlıq çərçivəsində paytaxtdakı 20 nömrəli məktəb-lisey üçün yeni bina inşa olunub.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) Trend-ə verilən məlumata görə, 306 nömrəli tam orta məktəbin yeni binasının tikintisi davam etdirirlir. 67, 75, 257 nömrəli tam orta məktəblər üçün yeni korpus tikintisi başa çatdırılıb. 171 nömrəli tam orta məktəbin qəzalı vəziyyətdə olan korpusları yenidən qurulur. 10, 74, 201, 212 nömrəli tam orta məktəblər, 62 nömrəli məktəb-lisey və 268 nömrəli xüsusi təhsil müəssisəsi əsaslı təmir olunub. Daha 84 məktəbdə cari təmir və mühəndis kommunikasiya işləri görülüb. Hazırda 10 məktəbdə bu istiqamətdə işlər aparılır.

2016-2017-ci tədris ili ərzində isə BŞTİ-nin tabeliyindəki 8 ümumi təhsil müəssisəsi əsaslı təmir olunub. 12 məktəbdə əlavə sinif otaqlarının, 1 məktəbdə yeməkxananın, 1 məktəb üçün isə yeni binanın tikintisi başa çatdırılıb. 83 müəssisədə cari təmir və mühəndis kommunikasiya işləri görülüb. Təhsil müəssisələri 130 ədəd kompüter və noutbuk, 3629 dəst parta, 444 ədəd printer və surətçıxaranla təmin edilib. 40 təhsil müəssisəsində müasir tipli hərbi kabinet yaradılıb.

İdarədən qeyd edilib ki, paytaxtdakı təhsil müəssisələri dərsliklərlə tam təmin edilib. Təhsil nazirinin müvafiq əmrinə əsasən, çap edilmiş yeni dərslik və müəllimlər üçün metodiki vəsaitlər sentyabrın 8-dək yerlərə çatdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti