...

Komitə sədri: Ölkənin idarəolunmasına daha güclü qadınlar gəlir

Cəmiyyət Materials 22 Sentyabr 2017 17:20 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva - Trend:

Təklif edərdim ki, BMT-nin aidiyyatı orqanları tərəfindən qaçqın, köçkünlər, sığınacaq axtaran şəxslər üçün gender əsaslı layihələr həyata keçirilsin.

Trend-in məlumatına görə, bunu bu gün Bakıda Milli Məclis, Avronest Parlament Assambleyasının Sosial məsələlər, Təhsil, Mədəniyyət və Vətəndaş Cəmiyyətləri üzrə komitəsi“, Əhali və İnkişaf üzrə Avropa Parlament Forumunun və BMT-nin Azərbaycandaki ofisinin birgə təşkilatçılığı ilə “Dayanıqlı İnkişaf Məqsədləri üzrə gender bərabərliyinin və qadın sağlamlığının təşviqinə dair Şərq Tərəfdaşlığı Ölkələri Parlamentlərinin cəlb edilməsi” mövzusunda keçirilən konfansın sessiya iclasında Milli Məclisin Ailə, qadın və uşaq problemləri üzrə komitəsinin sədri Aqiyə Naxçıvanlı deyib.

Onun sözlərinə görə, ölkəmizdəki qaçqın və köçkünlərin 400 min nəfəri qadın, 300 min nəfəri uşaqdır.

A.Naxçıvanlı qeyd edib ki, Azərbaycanda gender bərabərliyinin təmin edilməsi ölkə siyasətinin mühüm prioritetidir. Bu gün parlamentdə qadınların təmsil olunma göstəricisi 16,9 faizə çatıb.

Komitə sədri Azərbaycanın gender siyasəti ilə bağlı bir çox sənədlər imzaladığını və beynəlxalq sənədlərə qoşulduğunu xatırladıb: “Ümumiyyətlə, son illərin tendensiyası göz qabağındadır. Ölkənin idarəolunmasına daha güclü qadınlar gəlir. Artıq gender amili milli fəaliyyət planlarına, dövlət proqramlarına daxil edilib. Görülən tədbirlər qadınların təmsilçiliyinə müsbət təsir göstərib. Azərbaycanda əhalinin 50,2 faizi qadınlardır. Onların ictimai-siyasi, elmi və s. sahədə əldə etdiyi uğurlar dövlətimizin nailiyyətidir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti