Bakı. İlhamə İsabalayeva - Trend:
"Azərbaycana turist axını ilə bağlı müxtəlif fikirlər dolaşır. Deyirlər ki, onlar özlərini apara bilmirlər. Lakin biz dünyada tanınmaq istəyiriksə, o zaman başqa ölkələrdən insanlar gəlib Azərbaycanı görməlidirlər".
Trend-in məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev 27 sentyabr - Ümumdünya Turizm Günü ilə əlaqədar keçirdiyi brifinqdə deyib.
Ə.Qarayev bildirib ki, turistlərin davranışları ilə bağlı bütün insanlar birgə çalışmalıdır:
"Bütün insanlara üzümü tuturam: Qonaqpərvərlik kifayət qədər mürəkkəb anlayışdır. Əgər bizi tanımaqlarını istəyiriksə, bu yolda müəyyən qədər iş görülməlidir".