...

Almaniyalı alim Tərcümə Mərkəzində

Cəmiyyət Materials 5 Oktyabr 2017 19:02 (UTC +04:00)
Almaniyanın Vürtsburq Universitetinin professoru Ziklinde Hartman NK yanında Tərcümə Mərkəzində olub.
Almaniyalı alim Tərcümə Mərkəzində

Bakı. Trend:

Almaniyanın Vürtsburq Universitetinin professoru Ziklinde Hartman NK yanında Tərcümə Mərkəzində olub.

Tərcümə Mərkəzindən Trend-ə verilən məlumata görə, görüş zamanı Mərkəzin Azərbaycan dilinə tərcümə və nəşr etdiyi Herman Hesse, Tomas Mann, Yohann Volfqanq Höte, Henrix Heyne, Patrik Züskind, Günter Qrass və digər bu kimi tanınmış alman ədiblərinin əsərlərindən söz açılıb. Daha sonra Azərbaycan-Almaniya ədəbiyyatları arasında sıx ədəbi körpülərin qurulması, Azərbaycan ədəbiyyatının Almaniyada tanıdılması istiqamətində alman dilinə tərcümə edilmiş və Ziklinde Hartmanın redaktoru olduğu “Azərbaycan hekayəsi” kitabının Frankfurt universitetlərinin kitabxanalarına yerləşdirilməsinə və təqdimatına dair məsələlər müzakirə olunub.

Görüşün sonunda qonağa Mərkəzin son nəşrlərindən olan Haynrix Böllün “İki roman” kitabı hədiyyə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti