...

BDU XI Azərbaycan beynəlxalq təhsil sərgisində təmsil olunub (FOTO)

Cəmiyyət Materials 6 Oktyabr 2017 15:17 (UTC +04:00)
XI Azərbaycan beynəlxalq təhsil sərgisinin (“Education 2017”) açılışı olub.
BDU XI Azərbaycan beynəlxalq təhsil sərgisində təmsil olunub (FOTO)

Bakı. Trend:

Bu gün Bakı Ekspo Mərkəzində Təhsil Nazirliyinin dəstəyi, “Caspian Event Organisers (CEO)” şirkətinin təşkilatçılığı ilə keçirilən XI Azərbaycan beynəlxalq təhsil sərgisinin (“Education 2017”) açılışı olub.

Trend-in məlumatına görə, açılış mərasimində təhsil naziri Mikayıl Cabbarov Azərbaycan beynəlxalq təhsil sərgisinin artıq ənənə halı aldığını bildirib. CEO-nun direktoru Edvard Stron sərginin əhəmiyyətindən danışıb. Qeyd edilib ki, “İnsan kapitalı sərvətimizdir” devizi altında təşkil edilən sərgidə son illər Təhsil Nazirliyi tərəfindən həyata keçirilən yeni layihələr və mövcud təhsil imkanları təqdim olunur.

Təhsil naziri Mikayıl Cabbarov və sərgi iştirakçıları müxtəlif stendlərlə tanış olublar. Bakı Dövlət Universitetinin stendi təqdim edildikdən sonra rektor, akademik Abel Məhərrəmov universitetdə aparılan elmi-tədqiqat işləri və onların nəticələri haqqında məlumat verib. Sonra əyani təcrübələr aparılıb.

Sərgi oktyabrın 8-də başa çatacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti