...

Avropa Çempionatının medalçı akrobatları Bakıya dönüb (FOTO)

Cəmiyyət Materials 23 Oktyabr 2017 23:00 (UTC +04:00)
Bu gün axşam saatlarında Akrobatika üzrə Azərbaycan yığması Polşada keçirilən Avropa Çempionatından qayıdıb
Avropa Çempionatının medalçı akrobatları Bakıya dönüb (FOTO)

Bakı. Trend:

Bu gün axşam saatlarında Akrobatika üzrə Azərbaycan yığması Polşada keçirilən Avropa Çempionatından qayıdıb.

Trend-in məlumatına görə, akrobatlar çempionatda 3 bürünc medal qazanıblar.

Hava limanında onları həmkarları, dostları, Gimnastika Federasiyasının nümayəndələri və ailə üzvləri qarşılayıblar.

İki bürünc medalın sahibləri Ağasif Rəhimov və Nurcan Cabbarlı bildiriblər ki, bu medallar bir daha sübur etdi ki, Azərbaycanda akrobatika digər gimnastikanın növləri kimi inkişaf edir: "Biz hər il böyük turnirlərdən mükafatlarla qayıdırıq".

İlk dəfə beynəlxalq yarışda kürsüyə qalxmış digər medalçılar Abdulla Əl-Maşayhi və Ruhidil Qurbanlı bu uğura doğru uzun zaman irəliləyiblər.

Milli komandanın məşqçisi İradə Qurbanova bildirib: "Uşaqlar çox gərgin proqram üzrə məşq edirdilər, çünki başa düşürdülər ki, bu onların şansıdır. Bu istedadlı akrobatlara görə mən çox şadam və xoşbəxtəm. Bizi dəstəkləyən və azarkeşlik edən hər bir kəsə təşəkkür edirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti