...

Bu il vətəndaşlar öz hesabına 8 mindən çox ev tikib

Cəmiyyət Materials 24 Oktyabr 2017 14:54 (UTC +04:00)
2017-ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda vətəndaşların vəsaiti hesabına ümumi sahəsi 1 milyon 228,7 min kvadrat metr olan 8,5 min fərdi yaşayış evi istifadəyə verilib.
Bu il vətəndaşlar öz hesabına 8 mindən çox ev tikib

Bak. Elçin Mehdiyev – Trend:

2017-ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda vətəndaşların vəsaiti hesabına ümumi sahəsi 1 milyon 228,7 min kvadrat metr olan 8,5 min fərdi yaşayış evi istifadəyə verilib.

Trend-in məlumatına görə, fərdi yaşayış evlərinin 447,8 min kvadrat metri və ya 36,4 faizi kənd yerlərində tikilib.

Əhalinin vəsaiti hesabına tikilmiş fərdi yaşayış evlərinin orta ümumi sahəsi 143,9 kvadrat metr olub.

Qeyd edək ki, fərdi yaşayış evlərinin 49,8 faizi Naxçıvan Muxtar Respublikasında, Bakı, Lənkəran və Şəki şəhərlərində, Abşeron, Qazax, Tovuz, Şəmkir, Cəlilabad və Qəbələ rayonlarında inşa edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti