...

Dövlət qulluğuna qəbul zamanı rəhbər işçilərin qabiliyyətinin qiymətləndirilməsi təklif edilir

Cəmiyyət Materials 27 Oktyabr 2017 17:02 (UTC +04:00)
Litvalı ekspertlər Azərbaycanda dövlət qulluğuna qəbul sisteminin təkmilləşdirilməsi üçün tövsiyələrini açıqlayıblar.
Dövlət qulluğuna qəbul zamanı rəhbər işçilərin qabiliyyətinin qiymətləndirilməsi təklif edilir

Bakı. İlhamə İsabalayeva - Trend:

Litvalı ekspertlər Azərbaycanda dövlət qulluğuna qəbul sisteminin təkmilləşdirilməsi üçün tövsiyələrini açıqlayıblar.

Dövlət İmtahan Mərkəzindən Trend-ə verilən məlumata görə, Avropa İttifaqının “Azərbaycanın dövlət qulluğu sistemində islahatların davam etdirilməsinə dəstək” adlanan Tvinninq layihəsi 2016-cı ilin noyabrında başlanılıb. Layihə Litvalı əməkdaşlarla birgə Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçirilir.

Hazırda layihə əsasında dövlət qulluğuna qəbulun təkmilləşdirilməsi istiqamətində intensiv iş gedir. Dövlət İmtahan Mərkəzi, Azərbaycanın dövlət qurumlarının nümayəndələri və müsahibə komitələrinin üzvlərinin ilə birgə Aİ üzv ölkələrin ən yaxşı təcrübəsinə dayanaraq Litvalı ekspertlər dövlət qulluğuna qəbul sisteminin inkişaf etdirilməsinə ehtiyac olduğunu düşünürlər.

Azərbaycanın dövlət qulluğuna qəbul sistemi üçün ekspertlər biliyə dayanan qiymətləndirmə sistemindən qabiliyyətə dayanan sistemə keçməyi və namizədlərin bacarıqlarını ölçmək üçün bir neçə metoddan istifadəni tövsiyə edirlər. Onlar hesab edirlər ki, qabiliyyət fərdin bir işi lazımiı şəkildə həyata keçirə bilməsidir və o, praktiki və nəzəri biliklərin, koqnitiv bacarıqların, davranış və dəyərlərin məcmusundan ibarətdir. Müsabiqə zamanı təkcə hüquqi aktlarla bağlı biliyi qiymətləndirmək deyil, həm də o biliyin praktikaya tətbiqi bacarığını də yoxlamaq lazımdır. Bundan əlavə, biliyə dayanan qəbul sistemi namizədin qabiliyyətini tam şəkildə göstərə bilmir.

Azərbaycanın dövlət qulluğu sistemini təkmilləşdirmək üçün Litvalı ekspertlər həm də rəhbər işçilərin (xüsusən də yüksək səviyyətli dövlət qulluğuna qəbulda) qabiliyyətinin də qiymətləndiiirlməsini təklif etdilər.

Aİ-nin təcrübəsinə əsaslanaraq ekspertlər yüksək səviyyəli dövlət qulluqçularının bilik və bacarıqlarının qiymətləndirmə mərkəzi metodu ilə ölçülməsini təklif etdilər. Onlar hesab edirlər ki, qiymətləndirmə mərkəzi metodu bir vəzifəyə uyğunluğu ölçmək üçün ən yaxşı üsuldur. Əgər gələcək davranışı eyni situasiyada özünü göstərmiş keçmiş davranışa əsasən proqnozlaşdırmaq olarsa, real olaraq bu qiymətləndirmə mərkəzi metodu həqiqi iş şəraitində performansı qabaqcadan müəyyən edə biləcək bir “iş nümunəsi” tipli məlumat bazasına malik olmalıdır. Qiymətləndirmə mərkəzi üçün əsas qayda ondan ibarətdir ki, orada verilən tapşırıqlar mümkün qədər namizədin real iş şəraitində qarşılaşa biləcəyi situasiyalara uyğun olsun. Bu metodda bir kompetensiya ən azı iki metodla (qrup tapşırıqları, fərdi müsahibələr, psixometrik testlər, praktiki tapşırıqlar və s. vasitəsilə) ölçülür.

Bundan əlavə, Litvalı ekspertlər qəbul sisteminin monitorinqini etmək üçün namizədlərin və qurumların tövsiyələrini toplamağı təklif edirlər. Azərbaycanın mərkəzləşdirilmiş dövlət qulluğu qəbul sistemi yaxşı planlama və monitorinq sisteminin olmasını tələb edir. Qeyd olunan alətlər qurumların daha səmərəli fəaliyyətini təmin edəcək və qəbul sistemini təkmilləşdirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti