...

Bakıda 170 nömrəli marşrut xəttinin fəaliyyəti bərpa edildi

Cəmiyyət Materials 30 Oktyabr 2017 17:14 (UTC +04:00)
Bakı Nəqliyyat Agentliyinin qərarına əsasən, 170 nömrəli marşrut xəttinin fəaliyyəti bərpa edilib.
Bakıda 170 nömrəli marşrut xəttinin fəaliyyəti bərpa edildi

Bakı. Samir Əli - Trend:

Bakı Nəqliyyat Agentliyinin qərarına əsasən, 170 nömrəli marşrut xəttinin fəaliyyəti bərpa edilib.

Agentlikdən Trend-ə verilən məlumata görə, metronun “Memar Əcəmi” stansiyası ilə (Bakı Beynəlxalq Avtovağzal Kompleksi, Sulutəpə dairəsi və Binəqədi qəsəbə mərkəzindən keçməklə) Binəqədi kəndini birləşdirən marşrut xətti sakinlərin çoxsaylı müraciəti əsasında bərpa edilib.

Bakı Nəqliyyat Agentliyinin tələbinə uyğun olaraq, marşrut xəttinin fəaliyyəti daşıyıcı şirkət tərəfindən sərnişindaşımanın mövcud standartlarına cavab verən, texniki cəhətdən saz vəziyyətində olan avtobuslar cəlb edilməklə təşkil edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti